"Səhiyyə müəssisəsinin rəhbəri xəstəxanada uşaqların təhlükəsizliyini təmin etməyə borcludur" - EKSPERT
"Yanğın hadisələrindən heç kəs sığortalanmayıb. Hər bir obyektə rəhbərlik edən şəxslər buna qaydalara ciddi nəzarət etməlidir və buna məsuliyyət daşıyırlar. Təbii ki, xəstənaların özünün ümumi yanğın təhlükəsizliyinə dair normativləri var. Hər bir işçi yanğın təhlükəsizliyinə dair bilik və bacarıqlarının olmasına, işçilərin sayı 15 nəfərdən artıqdırsa könüllü yanğınsöndürmə dəstələrinin olmasına və praktiki bacarıqlarının artırılmasına fikir verməlidirlər".
Bu sözləri Sonxeber.az-a açıqlmasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O, bildirib ki, səhiyyə müəssisələri binasının özündə hər birinin yanğın ilə bağlı tələbləri var:
Binaların damında stasionar yanğın pilləkənlərinin, səs pəncərələri saz vəziyyətdə olmalıdır. Əsas mərkəzi keçid 1-20 sm dən az olmamalıdır. Pilləkənlər, dəhlizlərin daim boş olmasına diqqət edilməlidir. Arakəsmə yollarda hər hansı bir anbarlar qurmaq, materiallar yığmaq ümumiyyətlə qadağandır. Binadan çıxış istiqamətləri sərbəst olmalıdır. İşçilər bu qaydaların ciddi riayət edilməsini təmin etməlidir. Köçürmə yollarının qapılarını bağlamaq ümumiyyətlə yolverilməzdir. Müəssisədə yaradılmış yanğın təhlükəsizliyinə dair rejimə ciddi əməl olunmalıdır. Yanğınların müxtəlif növləri var. Elektrik və qısaqapanma nəticəsində baş verən yanğınlar çoxluq təşkil edir.
Ekspertin sözlərinə görə, səhiyyə müəssisələrində elektrik təsərrüfatına diqqət edilməli və sazlığın yoxlanmasına təmin edilməlidir:
Elektrik naqili və avadanlıqları olan otaqlarda onların normativ tələbləri olmalıdır. Oksigen balonlarına mərkəzləşmiş qaydada təsis edilməlidir. Bütün laboratoriya və digər anbarların şkaflarında saxlanmasına ləvazimatların saxlanmasına məsul şəxs olmalıdır. Xəstəxana rəhbərliyi tərəfindən elektrik qurğularına xidmət etmək üçün ixtisaslaşmış istismar təşkilatı ilə müqavilə bağlanmalıdır. Yalnız sertifikasiyası olan və akkreditasiyadan keçmiş müəssisə tərəfindən elektrik qurğularının mütəmadi olaraq yoxlanması və baxış keçirilməsi həmin şəxslərə etibar olunmalıdır. Uşaq və müalicə müəssisələrində yanğın baş verdikdə hər bir işçinin əsas vəzifəsi hadisə zamanı insanların həyatını xilas etməkdir. Yanğın zamanı müəssisə rəhbəri və eləcə tibbi heyət təhlükəsizliyi təmin etməyə borcludur. Həmin şəxslər ilk olaraq kiçik yaşlı uşaqları və körpələri ilk növbədə xilas etməlidirlər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar