"Greencard Azerbaijan"ın rəhbəri Rüfət Piriyev saxlanıldı - YENİLƏNİB + FOTO/VİDEO
Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfində müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, onun barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
20:10
Sosial şəbəkələrdə "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.
"Qafqazinfo" xəbər verir ki, şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.
Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib.
Əldə etdiyimiz məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.
Qeyd edək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad" MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar