AQTA-nın qeydiyyata almadığı şirkət nazirliyin 33 milyonluq tenderini uddu
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "El-Oba" QSC (VÖEN- 1005876511) olub.
Yeniavaz.com xəbər verir ki, "El-Oba" QSC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün "El-Oba" QSC-yə 32 milyon 872 min 633 manat 71 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "El-Oba" QSC 23 aprel 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yeni Yaşayış sahəsi, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Niftiyev Vüsal Maşalla oğludur.
Qeyd edək ki, "El-Oba" QSC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Bakı şəhəri Binəqədi və Nərimanov rayonları ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 11 milyon 109 min 16 manat 17 qəpik alıb.
Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 44 milyon manatlıq tender müsabiqəsində qalib olan "El-Oba" QSC haqqında açıq mənbələrdə məlumat yoxdur. Şirkətin rəsmi veb-saytı, yaxud da sosial şəbəkə hesabları haqqında məlumat mövcud deyil.
Açıqlanan maliyyə hesabatlarından isə belə məlum olur ki, şirkət dövlət qeydiyyatına alındıqdan sonrakı 3 ilin 2-də zərərlə işləyib. "El-Oba" QSC 2020-ci ildə 399 min 934 manat, 2021-ci ildə isə 339 min 268 manat zərər edib. 2022-ci ildə isə şirkətin mənfəəti 446 min 936 manat olub.
Onu da bildirək ki, 2022-ci ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı məlumatda göstərilir ki, ictimai iaşə sahəsində fəaliyyət göstərən "El-Oba" QSC müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi üçün onun qida təhlükəsizliyi qeydiyyatından imtina edilib.
Lakin maraqlıdır ki, AQTA-nın qida təhlükəsizliyi qeydiyyatından imtina etdiyi şirkət eyni tarixlərdə – 2022-ci ilin dekabr ayında Elm və Təhsil Nazirliyinin qida ilə bağlı keçirdiyi 11 milyonluq tenderdə qalib olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 593 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr