Sumqayıtda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

Sumqayıtda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİBYanvarın 10-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

08:20

Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Seymur Şahmar oğlu Quliyev saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

08:12

Sumqayıtda qətl hadisəsi törədilib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyev yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.

Hadisənin kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 599   Tarix: 10 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v

12 aprel
.

"Təhsildə mərkəzləşmə bölgələr üçün ciddi risk yaradır" - AÇIQLAMA

"Valideynlərin övladlarını paytaxtın ali təhsil müəssisələrinə yönəltməsi, əslində, sadə bir seçim deyil, gələcəyə yönəlmiş kompleks bir strateji addımdır. Bu seçimin kökündə dayanan əsas amil Bakının təkcə təhsil mərkəzi deyil, həm də geniş imkanlar platforması kimi görünməsidir. Paytaxt universitetlər

13 aprel
.

Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı

Bakıda avtobus dayanacağında şəxsin telefonu, eynəyi və 70 manat pulu oğurlanıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə 20 yanvar ərazisində baş verib. Zərəçəkmişə ümumilikdə 980 manat ziyan dəyib. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb

13 aprel
.

Biləsuvardan Bakıya 227 kq at əti aparmaq istədi - Yolda üstü açıldı

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb. xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedic

13 aprel
.

Bu şəxslər işdən məcburi çıxarılacaq

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Bu, Milli Məclisin keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və y

12 aprel
.

Azərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey

12 aprel
.

Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfərik?

Azərbaycan əhalisinin sayı artıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-fevral ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı i

13 aprel
.

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi (FOTO)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub. -ın -a istinadən məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamenti

13 aprel
.

Pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququn

13 aprel