Taleh Kazımovdan pulla bağlı vacib qərar
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"nda dəyişiklik edib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan 5 %-ə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu.
Həmçinin, ön və yaxud arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, eləcə də fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və yaxud hər hansı bir hissəsi itirilmiş və yanmış, cilalanmış və yaxud hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pul nişanları da yararsız hesab ediləcək.
Bundan başqa, eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış və eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri ödəniləcək. Metal pul nişanlarında isə üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış nominal dəyəri qaytarılacaq.
Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60 %-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək üçün təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün AMB-yə təqdim olunacaq. Pul nişanlarının ekspertizası quruma daxil olduqdan sonra 15 iş günü müddətində aparılacaq.
Ekspertiza prosesi yekunlaşdıqdan sonra saxta pul nişanının ekspertiza aktı və saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 10 iş günü müddətində hüquq mühafizə orqanlarına göndəriləcək. AMB-də xarici valyutada pul nişanlarının ekspertizası isə 15 iş günü ərzində həyata keçiriləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar