ATU iki mərtəbənin cari təmirinə yarım milyon manat xərcləyəcək
Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tədris binasının 3-cü və 5-ci mərtəbələrində cari təmir işlərinə 421 673,47 AZN xərcləyəcək.
Qaynarinfo xəbər verir ki, bununla bağlı keçirilən tenderdə qalib gələn "Proqress İnşaat En" MMC təmir işləri üçün bu məbləği təklif edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN" MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Şirkət haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Nazim İslamovun barəsində də heç bir məlumat yoxdur.
Bununla belə, "Proqress İnşaat En" MMC dövlət satınalmalarında fəal iştirak edir və vaxtaşırı iri məbləğli tenderlərin qalibi olur. Həm şirkətin tender oyunlarında iştirak üçün yaradıldığı barədə şübhələr, həm də ATU-nun iki mərtəbənin təmirinə yarım milyona yaxın vəsait xərcləməsi satınalma müsabiqəsində şəffaflığın qorunduğuna inamı azaldır.
Bu arada qeyd edək ki, ATU ötən ay Tədris Terapevtik Kliksının 4-cü mərtəbəsinin cari təmir işlərinin satın alınması tender keçirib. Tenderin qalibi "M-House Construction" MMC seçilib. Şirkətin təklifi 593 949,11 AZN olub.
ATU-nun rektoru Gəray Gəraybəylidir. O, 2016-cı ildən bu vəzifədədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabr