Naxçıvanda qızılcaya qarşı peyvəndə başlanılıb
Naxçıvan Muxtar Respublikasında qızılcaya qarşı peyvəndə başlanılıb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Könüllü aparılan peyvəndləmə 11-40 yaşlı şəxsləri əhatə edir.
Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması nəzərdə tutulub.
Babək Rayon Mərkəzi Xəstəxanasının infeksionisti Vüsalə Səfərova bildirib ki, 2023-cü ilin payız mövsümü başlayandan qızılca xəstəliyinə yoluxma halları davam edir:
"Qızılca xəstəliyinə yoluxma əsasən peyvənd –vaksinasiyadan kənar qalan əhalidə müşahidə olunur. Buna görə də profilaktik tədbirlər həyata keçirilir.
Profilaktik tədbirlər çərçivəsində peyvənd təqviminə uyğun olaraq 10 yaşa qədər uşaqlar arasında aparılan vaksinasiya ilə yanaşı 11-40 yaş arası əhali arasında da vaksinasiyaya başlamışıq. Məqsəd yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısının alınmasıdır".
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev isə deyib ki, qızılca, məxmərək peyvəndi ilə yanaşı, həm də mövsümi qrip əleyhinə peyvənd vururlar:
"Gün ərzində 30-a yaxın vətəndaşımız peyvəndə gəlir. Qızılca xəstəliyi azyaşlılar arasında tək-tək olsa da var. Peyvənd təqviminə uyğun olaraq azyaşlılar qızılcaya qarşı peyvəndlənir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 749 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabr