Yetim Sabir saxlanıldı, Bakıya gətirilir
2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb.
Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir.
Qeyd edək ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılmışdı. Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilirdi. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.
Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini "oğru" kimi tanımadığını deməsi Yetim Sabirin etiraz ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanınmayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir.
Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılmışdı. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2247 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabr