Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: "10 min manat verməsən, səni biabır edəcəyəm"
Bakıda qadın yanlış əməliyyat olunduğundan üzünün bərbad vəziyyətə düşdüyünü iddia edir.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Nuranə Dibirova qaşqaldırma əməliyyatı üçün müraciət etdiyi estetik mərkəzdə həkimin yanlış əməliyyat etdiyini qeyd edib:
"Mən oktyabr ayının 1-də Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi, 11 ünvanında yerləşən "Tuana Estetik Mərkəz"ə qaşqaldırma əməliyyatı üçün müraciət etdim. Həkim olmayan Esmira İbrahimli məni yanlış əməliyyat edərək üzümü bərbad hala salıb.
Lazım olan qurumlara şikayət etdim. Və məlum olmayan səbəblərdən Nəsimi Rayon Prokurorluğu həmin mərkəzlə bağlı heç bir tədbir görmədi. Özünü həkim kimi təqdim edən qadın izahat verib ki, "Rostov şəhərində təhsil almışam". Halbuki rus dilində salam belə verə bilmirdi. Belə insan Rusiya şəhərində necə təhsil ala bilər ki?
Səhiyyə Nazirliyinin araşdırmasından bəlli olub ki, həmin qadın icazə lisenziyası olmadan milləti estetik mərkəzdə bədbəxt etməyə davam edir".
Şikayətçi həmçinin onların pul ilə məsələni ört-basdır etmək istədiklərini deyib:
"Ailə üzvlərimə zəng edib, deyirlər ki, "gəlin, üz-üzə görüşək. Nə qədər istəyirsiniz, pul verirəm, şikayət etməyin". Telefon nömrələrini, sosial şəbəkə hesablarını dəyişiblər.
Hər kəsin bu məsələni bilməsini istəyirəm. Lazımi qurumlar tədbir görsünlər. Bu mərkəz heç bir icazələri olmadan insanları əməliyyat edir. Sosial şəbəkə hesablarında səhifəyə aldanıb oraya üz tuturlar. Tövsiyə edirəm ki, heç kəs müraciət etməsin. Çünki əl işi ilə bağlı paylaşımlar özünə aid deyil".
Şikayətçi sonda mərkəzdə müştərilərə ödəniş qəbzinin də verilmədiyini əlavə edib:
"Ödəniş qəbzi verilmir. Küçədən gələn ayaqqabı ilə keçirlər əməliyyat olunmağa. Natəmizlik baş alıb gedir. Bu hallara baxmayaraq, hələ də iş davam edir".
Yanlış əməliyyat etdiyi bildirilən həkim Esmira İbrahimli Oxu.Az-a açıqlamasında xanımın ondan 10 min manat təzminat tələb etdiyini bildirib:
"Nuranə xanımın əməliyyatı uğurlu keçsə də, məndən pul istəyib. Deyib ki, "10 min manat verməsən, səni biabır edəcəyəm". Hazırda bu iş məhkəmədədir. Məndən xahiş etdi ki, əməliyyatımı 150 manata et. Mənim də ürəyim ağrıdı. Etdim.
Mənim yaxşılığımın cavabı olaraq bir gün keçməmiş məndən pul istədi.
O, ilk gün çəkilən fotodur. Əks-təsir olsaydı, ekspertiza açıqlayardı. Ekspertiza heç bir problem olmadığını bildirdi. Təhsilimiz də var. Təhsil olmasa, dövlət ekspertizanın cavabına icazə verməz. Əlimdə prokurorluğun da, ekspertizanın da cavabı var".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar