Adı olub, özü olmayan məktəb psixoloqları - "Direktorlar onlara başqa iş tapşırır"

Adı olub, özü olmayan məktəb psixoloqları - "Direktorlar onlara başqa iş tapşırır"Məktəblilər arasında yaşanan neqativ hallar, müəyyən dövrlərdə qeydə alınan intihar hadisələri onların psixologiyasının zədələndiyini və psixoloji yardıma ehtiyacı olduqlarını göstərir.

İnsanların hadisələrə və ya biri-birlərinə mənfi reaksiyası həmin an yaşanan gərginlikdən və yaxud illərlə onlara göstərilən münasibətdən yarana bilər.

Bəzi ekspertlər hesab edirlər ki, şagirdlər ailədə, cəmiyyətdə psixi və fiziki şiddətə məruz qaldıqları və yaxud şəxsiyyət yetişdirilmədə buraxılan nöqsanlardan dolayı düzgün qərar verə bilmir və aqressiv olurlar. Buraxılan travmaları aradan qaldırmağa kömək edən insanlar isə psixoloqlardır. Ona görə də uşaqların dərs aldığı təhsil müəssisələrində psixoloqlar da fəaliyyət göstərir.

Təkcə şagird intiharı, dava-dalaşında yada düşən və qınanan psixoloqların necə, harda təhsil alması, neçə uşaqla işləməsi, nə qədər əməkhaqqı alması haqda danışılmır.

Ölkədə fəaliyyət göstərən məktəblərdə psixoloq olmaq üçün bu ixtisasa, yəni təhsildə sosial-psixoloji xidmətə yiyələnmək lazımdır. Təhsildə sosial-psixoloji xidmət ixtisasına III qrup üzrə imtahan verməklə sahib olmaq mümkündür. Bu fakültələr Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti, digər dövlət və özəl universitetlərdə mövcuddur.

Bəs psixoloqların işi nədən ibarətdir və onlar necə işə götürülür? Məktəblərdə neçə uşağa bir psixoloq düşür və əməkhaqqı nə qədərdir?

Təhsil sahəsi üzrə ekspert Elşən Qafarov Bizim.Media-ya açıqlamasında hazırda məktəblərdə xeyli sayda ixtisas sahibi olmayıb, amma psixoloq işləyənlərin olduğunu deyib:

"Yalnız ümumi orta, tam orta, lisey və gimnaziyalarda psixoloq ştatı var. İbtidai məktəblərdə isə yoxdur. Ölkədə 4500-ə yaxın məktəb arasında təqribən 114 məktəb ibtidai məktəbdir. Yerdə qalanlarda psixoloq ştatı mövcuddur.

Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı həm də uşaq sayına görə müəyyən olunur. 1000 nəfərə qədər şagird olan məktəblərdə bir, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır.

Məktəblərdə son illərdə yalnız bu sahə üzrə təhsil almış şəxslər qəbul edilsələr də, ondan əvvəlki, xüsusilə, 2019-cu ilə qədərki 20 il ərzində işə qəbul edilən psixoloqların böyük əksəriyyətinin bu sahə üzrə təhsili yoxdur. Dərsi az olan və yaxud pedaqoji sahədə təhsil alanlar yenidən hazırlanma yolu ilə bu ixtisasa yiyələnib və həmin ştatlarda işləyirlər".

Ekspert bu sahədə problemləri sadalayarkən psixoloq kabinetinin olmamasını və əməkhaqqının az hesablandığını da qeyd edib:

"Olan kabinetlərə indiyə qədər psixoloji vəzifənin yerinə yetirilməsi üçün müvafiq avadanlıq verilmir. Ümumilikdə isə məktəblərdə psixoloji işin metodikası yoxdur, çox bərbad haldadır. Məktəb psixoloqlarının maaşı da çox aşağıdır, baxmayaraq ki, əvvəllər məktəb psixoloqlarına dərsdənkənar məşğələ aparmağa yol verilirdisə, həmçinin, dərs demək şansı verilirdisə, son 3-4 ildə bu da yoxdur.

Nəticədə məktəb psixloqları 400 manatdan bir az artıq əməkhaqqı alırlar. Ya bu sahədə işləmirlər, ya da o adamlar işləyirlər ki, işləməsələr daha yaxşıdır. İşə nəzarət olaraq yerli idarəetmə orqanlarında da böyük problem var.

Hamımız bilirik ki, məktəblərdə psixoloji işi qurmadan tərbiyə işini görmək mümkün deyil. Reallıqla desək məktəblərimizdə psixoloji iş yoxdur. Tək-tək məktəblərdə var, o da məktəb psixoloqlarının özünün şəxsi bacarığı, peşəkarlığı əsasında yaranıb".

Elşən Qafaraov bəzi məktəb rəhbərlərinin məlumatsızlığı ucbatından məktəb psixoloqlarına tamam başqa işlər tapşırırlar:

"Problemin başqa bir tərəfi odur ki, məktəb rəhbərlərinin özlərinin psixoloji işin təşkili ilə bağlı məlumatları və bacarıqları olmadığı üçün bir çox hallarda psixoloqlar məktəblərdə davamiyyəti yoxlayır, qapıda saxlanılırlar. Bütün bunların içərisində bizim psixoloji işin qurulmasını istəməyimiz absurd görünür.

Nə məktəbi idarə edən şəxslər, nə təhsili idarəetmə orqanlarında psixoloji işin təşkili, idarəedilməsi ilə bağlı konkret bir istiqamət yoxdur. Psixoloji işin də yox səviyyəsində olması tərbiyə işində çox ciddi problemlər yaradır və nəticə etibarı ilə bugünkü mənzərəni görə bilirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 771   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr