Marşrut avtobuslarında istilik problemi - niyə həllini tapmır?

Marşrut avtobuslarında istilik problemi - niyə həllini tapmır?Qışın oğlan çağında, şaxtalı günlərində də paytaxtın əksər marşrut avtobusları qızdırılmır. Bu günlər sərnişinlərdən gələn şikayətlər qənaətimizi bir daha təsdiqlədi. İnsanlar mənzil başına çatanadək bumbuz oturacaqlarda oturmalı, soyuq salonda uzaq yol getməli olurlar. Bu isə xüsusən də infeksion xəstəliklərə daha tez, yaxud təkrar yaxalanma riski deməkdir.

Yayda hamam, qışda buz kimi olan avtobuslar haqda dəfələrlə yazılıb. Ancaq nə qədər tənqid səslənsə də, vəziyyət yaxşıya dəyişmir. Hətta bir çox hallarda standarta uyğun müasir avtobuslarda da qışda istilik, yayda sərinlik olmur. Səbəb nədir - yanacağa qənaət, yoxsa? Məgər sərnişinin ödədiyi gediş haqqına istilik və ya sərinliklə təminat daxil deyil? İnsan komfort vəziyyətdə, normal temperaturda yol getməli deyil ki?

Qeyd edək ki, 12, 113, 191, 106 saylı avtobuslardan istifadə edən sərnişinlər bizimlə söhbətdə bildiriblər ki, adıçəkilən avtobuslarda istilik yox dərəcəsindədir, oturacaqlar da pis vəziyyətdədir.

Yeri gəlmişkən, Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf nazirinin müavini Rəhman Hümmətov deyib ki, hazırda Bakıda fəaliyyət göstərən 180-ə yaxın marşrut sayını 90-a endirmək lazımdır. Onun sözlərinə görə, bu prosesdə avtobusların sayı azalmayacaq, sadəcə marşrutların uzunluğu artacaq. Nazir müavini həmçinin gələn il Bakıda avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsinin planlaşdırıldığını söyləyib. "2024-cü ildə Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Gələn ildən biz Bakının küçələrində daha tez-tez yeni elektrobusları görəcəyik", - deyə o qeyd edib.

Bundan əlavə, mövcud marşrut xətlərində avtobus problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan avtobusların hamısı müasir sərnişindaşıma tələblərinə cavab verməlidir. Xüsusən, yayda soyutma sistemi, qışda da istilik sistemi olmalıdır. Bu vacib tələblərdən biridir. Təəssüf ki, bəzi özəl daşıyıcılar buna əhəmiyyət vermirlər. İllərdir deyilir, amma özəl daşıyıcılar buna məhəl qoymur. Öz balanslarında olan köhnə, bugünkü standartlara cavab verməyən avtobuslarla bu daşınmanı həyata keçirirlər. Bunun səbəbini də izah etməlidirlər.

Əlbəttə ki, gediş haqqına bunlar hamısı daxildir, daşıyıcılar sərnişini komfortlu, təhlükəsiz daşınmasını həyata keçirməlidirlər. Onlar tenderdə iştirak edəndə bu kriteriyalara cavab verəcəklərini, bu şərtlərə əməl edəcəklərini qeyd edirlər. Yəni, belə bir öhdəlikləri var".

Nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, avtobusların əksəriyyəti istismar müddətini başa vurub, bu səbəbdən onların istilik sistemləri işlək vəziyyətdə deyil: "Ancaq bəzilərində işlək vəziyyətdə olsa da, bundan qəsdən istifadə etmirlər. Eyni vəziyyət yayda da yaşanır, kondisioneri yandırmırlar. Başa düşürük ki, yayda kondisioner işlətdikləri zaman yanacaq sərfiyyatı artır. Ancaq burada maddi marağı güdmək doğru deyil. Nazirlər Kabinetinin müvafiq göstərişi var ki, avtobuslar istilik və sərinlətmə sistemi ilə təmin olunmalıdır. Bundan da mövsümə uyğun olaraq istifadə edilməlidir. Ola bilər ki, bəzi daşıyıcı şirkətlər hələ də elə bilirlər ki, istilik sistemini işlədən zaman da yanacaq istifadəsi artır. Sürücülərin özbaşına davranışı normal yanaşma deyil. Bu, nəqliyyat sistemində xoş qarşılanmayan haldır. Əminəm ki, onların əksəriyyətinin istilik sistemləri işlək vəziyyətdə deyil. Nəinki istilik sistemi, avtobusun elə vacib elementləri var ki, heç onlar da işləmir".

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən mediaya bildirilib ki, hazırda yüzədək marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərsə də, onların əksəriyyəti saz vəziyyətdədir. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Qeyd olunub ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulur. "Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. İstismarda olan nəqliyyat vasitələri müasir tələblərə cavab verməsə də, böyük əksəriyyəti saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 667   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr