Mənzil daxilində olan su sayğacları, sərfiyyatla bağlı problem: Abonentlər nə etməlidirlər? - ARAŞDIRMA

Mənzil daxilində olan su sayğacları, sərfiyyatla bağlı problem: Abonentlər nə etməlidirlər? - ARAŞDIRMASayğacları mənzilin daxilində yerləşən abonentlər evdə olmadıqda və su təchizatı müəssisəsinin nümayəndəsi sayğaca baxış keçirə bilmədikdə faktiki işlətdiklərindən çox və ya az su sərfiyyatı yazılmış bildirişlər alırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında fikir ayrılıqları yaranır.

Bəs əslində nə baş verir, belə halla qarşılaşan abonentlər nə etməlidirlər?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Modern.az-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Sudan istifadə qaydaları"nın tələblərinə əsasən mexaniki su sayğacları mənzilin daxilində yerləşən abonentlərdə vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda orta aylıq sərfiyyata uyğun hesabat aparılır:

"Orta aylıq sərfiyyat son 12 ayda istifadə edilmiş su həcminə əsasən müəyyən edilir və buna uyğun olaraq faktura təqdim edilir. Növbəti ay həmin ünvanda faktiki sayğac göstəricisi oxunduqda insan amili olmadan informasiya sistemləri üzərindən proqramsal qaydada dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli beş kubmetr artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda mənzildə 15 kubmetr su istifadə olunubsa, fakturada bu həcm avtomatik olaraq 10 kubmetr göstərilir. Başqa sözlə, ötən ay artıq hesablanmış beş kubmetr sərfiyyat bu ay istifadə olunmuş sərfiyyatdan çıxılmaqla dürüstləşmə aparılır".
İş saatlarında evdə olmayan abonentlər real sərfiyyat uyğun bildiriş əldə etmək istəyirlərsə, "Azərsu" ASC tərəfindən təqdim olunan "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırlıması" elektron xidmətindən istifadə edə bilərlər.

Bu zaman sayğacların şəklini çəkib, plomb və sayğac nömrəsini yazıb, digər tələb olunan məlumatları yerləşdirməklə, "Azərsu" ASC-nin saytı (www.azersu.az), Elektron su portalı (www.e-su.az), Elektron hökumət portalı (www.e-gov.az) üzərindən bu xidmətdən yararlanmaqla istifadə etdikləri suyun faktiki həcminə uyğun elektron faktura əldə edə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1345   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr