Vətəndaşın evi qəsdən yandırılıb? Günahkar kimdir? - VİDEO
Nəsimi rayonu, Novruzov qardaşları küçəsində evdə bir neçə gün əvvəl yanğın baş verib. Evin sahibi Fazilə Ağayevadır. Alovun qarşısı alınsa da, mənzildəki bütün əşyalar yararsız hala düşüb.
Sonxeber.az xəbər verir ki, Fazilə Ağayeva "ATV Xəbər"ə mənzilin yanmasının günahkarının ərazidə tikinti işləri aparan şirkət olduğunu deyib:
"Tikinti şirkəti ilə razılaşmadım. 1 ya da 2-ci gün olardı. 26-ı gecə yarısında qonşular partlayışa görə çıxdılar. Mən burada yaşamıram. Qardaşım yanğınsöndürənlərdən evə birinci girdi. Gördü ki, arxa tərəfdə bizim "fortuçka"larımız var. Pəncərənin toru kəsilib. Pəncərə isə içəriyə sınıb".
Fazilə Ağayeva iddia edir ki, tikinti şirkəti ilə razılığa gələ bilməməsinin səbəbi torpağa görə komensasiya verilməməsidir.
"Mən aşağı qiymətə torpağımın pulunu istəyirəm. Evin sənədi hər şey yerindədir. Elə iki sot yarım torpağımdır. Evi verir amma pulu da az verir".
Ərazidə tikinti işləri aparan şirkətin direktoru isə iddiaları qəbul etmir.
Ətraflı "ATV Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 701 Tarix: 31 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr