"Regionda sabitliyin bərpa olunmasından narahat olan bəzi ölkə və təşkilatlar dövlətimizə qarşı çirkin kampaniyalar aparırlar" - DEPUTAT
"Prezident seçkilərinə cəmi 1 həftə vaxt qalıb".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu il keçiriləcək prezident seçkilərinin əhəmiyyəti böyükdür. Çünki fevralın 7-də keçiriləcək prezident seçkiləri tarixə Zəfər seçkisi kimi həkk olunacaq:
"Bu il müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçki keçiriləcək. Hazırda Yeni Azərbaycan Partiyasının Bakıda və bölgələrdə apardığı seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir. Eləcə də cənub bölgəsində. Görüşdə iştirak edən vətəndaşlarımızın hər biri səbirsizliklə fevralın 7-ni gözlədiklərini bildirirlər".
Deputat vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində tək ərazi bütövlüyümüz bərpa olunmadı, həm də regionda əmin-amanlıq bərpa olundu:
"Amma regionda sabitliyin bərpa olunmasından narahat olan bəzi ölkələr və təşkilatlar dövlətimizə qarşı çirkin kampaniyalar aparırlar. Ölkəmizə qarşı başladılan bu kampaniyalar bizi heç də təəccübləndirmir. Çünki 30 il ərzində ölkəmizə qarşı ikili münasibət bəslənilib. Dövlətimizin ərazi bütövlüyümüzün tam bərpa edilməsi Ermənistana himayədarlıq edən ölkə və təşkilatları daha çox narahat edir. 30 il ərzində işğalçını gizlin şəkildə himayə edənlər 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra açıq şəkildə Ermənistanı dəstəkləməyə başlayıblar. Bu gün beynəlxalq hüququn işləmədiyi və ölkəmizə qarşı ikili standartların hökm sürdüyü dövrdə bizim güclü dayanmağımız üçün cənab İlham Əliyev kimi güclü iradəyə və diplomatik bacarığa malik liderə ehtiyacımız var. Əminəm ki, xalqımız bütün bunları nəzərə alaraq, seçimini doğru edəcək və ölkəmizin parlaq gələcəyinə səs verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar