Vergidən yayınan "Tiktoker"ləri hansı cəza gözləyir? - AÇIQLAMA
Sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və fenomenlər bu platformalarda külli-miqdarda gəlir əldə edirlər. Artan izləyici sayı və geridönüşlər üçün məşhur brendlər artıq reklam büdcələrini sosial şəbəkə fenomenlərinə yönəldirlər. Xüsusilə "Instagram" və "TikTok"da reklam verən brendlər fenomenlərin gəlirlərinin böyüməsinə rəhbərlik edir. Azərbaycanda da "TikTok" kimi sosial media platformalarına və fenomenlərə qarşı münasibət birmənalı deyil. Burada maraqlı bir məqam var. Azərbaycanda sosial şəbəkələr üzərindən pul qazanan fenomenlər üzərində dövlət nəzarəti varmı? Sözügedən şəxslər dövlətə vergi ödəyir?
Məsələ ilə bağlı vergi hüququ üzrə ekspert, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev Sonxeber.az-a açıqlama verib:
"Sosial şəbəkələrdən pul qazanan şəxslər müəyyən qədər vergi verirlər. Amma bu məsələnin tam olaraq qanuni şəkildə tənzimlənməsi və nəzarət mexanizmi yoxdur. Vergi orqanı görə bilmir ki, şəxs buradan nə qədər qazanc əldə edir. Kim istəyirsə ödəyir, eləsi də var ki, ödəmir. Eyni zamanda qanunla tənzimlənməsi də konkret deyil. Yəni ki, hansı formada olmalıdır, burada hansı vergi öhdəlikləri nəzərdə tutulur bəlli deyil. Sadələşmiş yaxud gəlir vergisi ödəmələri ilə bağlı tənzimləmələr yoxdur. Bu baxımdan məsələ sual altındadır. Yəqinki növbəti dəyişikliklər zamanı nəzarət təmin ediləcək. Çünki artıq mövzu ölkə miqyasında aktuallaşıb. Əvvəl bu sahə diqqətdən kənarda qalırdı. İndi nə qədərki aktuallaşır, bu sahəyə də diqqət ayıracaqlar. Dövlət özü təşəbbüs göstərəcək. Bu il olmadı. Amma növbəti ildə çox güman ki, dəyişikliklər olacaq. Hazırda bu sahənin vergi məsələləri qeyri-müəyyəndir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1401 Tarix: 31 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr