"WhatsApp" hesablarının oğurlanmasının səbəbi BİLİNDİ - AÇIQLAMA

"WhatsApp" hesablarının oğurlanmasının səbəbi BİLİNDİ - AÇIQLAMASon vaxtlar Azərbaycanda bank və sosial şəbəkə hesablarının oğurlanması halları ilə üzləşirik. Mobil telefonlara yüklənən tətbiqlər təhlükəsizlik baxımından problem yaradır. Bəs vətəndaşların hesablarının oğurlanmasının səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, ilk olaraq insanların işlətdikləri hər bir mobil tətbiqlər orjinal və tanınmış şirkətlərin məhsulu olmalıdır:

"Əgər "WhatsApp " istifadə etmək istəyirlərsə onlar orjinal "Meta"nın öz Android mağazalarından yükləməlidirlər. Vətəndaşlar "Whatsapp+" kimi yan tətbiqlərdən istifadə etməməlidirlər. Yan məhsulların istifadəsində müəyyən viruslar ilə birgə yüklənir. Çünki "Playstore"dan yüklənmiş hər-hansı bir məlumat, tətbiq daha əvvəl təsdiq olunmuş və yüklənə bilən tətbiqlərdir. Amma ki, "WhatsApp+" kimi yan tətbiqlər "Playstore"dan deyil, müxtəlif internet saytlarından yüklənən tətbiqlərdir. O tətbiqlər ilə birlikdə telefonumuza viruslar yüklənə bilər. Bu viruslar vasitəsilə telefonumuzun həm gələn mesajların ələ keçirilə bilər , həm də digər proqramlar və bank tətbiqlərinə müdaxilələr edilə bilər. Bu o deməkdir siz "Whatsapp+" ilə birlikdə əlavə bir virus tipli proqramlar yükləndiyi halda bank hesablarından bir sıra kodlarda oğurlana bilər. Nəticədə kütləvi miqdarda maliyyə itkisi yaşamış olursunuz. Həm də başqa tətbiqlərinizə də müdaxilə imkanları yaranır. Bunu üçün tövsiyə olunur ki, yüklənəcək mobil tətbiqlərin hər biri orjinal və tanınmış şirkətlərin məhsulu olmalıdır. Əks halda sizin fərdi məlumatlarınız və hesablarınız təhlükə altında ola bilər".

Ekspert son zamanlar orjinal "Whatsapp" hesablarının ələ keçirilməsi hallarına da aydınlıq gətirib:

" Orjinal "WhatsApp" hesablarının oğurlanması ilə bağlı bir sıra ssenarilər mövcuddur. Bir neçə il ərzində bu tip problemlər yaşamışıq. Azərbaycanda "WhatsApp" hesablarının oğurlanmasına səbəb "Meta" şirkətindən gələn "OTP" tipli kodların oğurlanması ilə bağlı idi. Amma bugünkü vəziyyət daha dəyişikdir. Bu günləri baxırıq ki, "WhatsApp+" bir dəfə yüklənibsə, telefonumuza bununla birlikdə nə vaxtsa viruslar daxil olubsa, həmin viruslar ilə bu kodlar ələ keçirilə bilir. Deyək ki, sizin tətbiqiniz başqa telefondan yüklənib. Amma sizə gələn kod virus tərəfindən ələ keçirilib. Həmin hesab başqa telefonda aktivləşə bilər. İlk olaraq tövsiyə edə biləcəyimiz addım "iki faktorlu güvənlik kodu"nu aktivləşdirməkdir. Bu addım ən azından "WhatsApp" ələ keçirilsə də, mesajların oğurlanmaması üçün əsas vacib məqamdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4797   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr