Biləsuvarda ovçuluq təsərrüfatında köçəri quşların sayı azalıb
Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında quşların sayının azaldığı müşahidə olunur.
"Report"un məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər. Lakin ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında azalma olub.
Eyni zamanda əvvəlki dövrlərdə yüz mindən çox flaminqonun (qızıl qaz) qışladığı bu ovçuluq təsərrüfatında bu il cəmi bir flaminqo müşahidə olunub. Sözügedən təsərrüfatda quşlarının say azlığının səbəbi son zamanlar iqlim dəyişkənliyi nəticəsində bataqlıq ərazilərində su həcminin azalmasıdır. Həmçinin burada suyun səthinin yüksək olmaması da səbəblərdən biridir.
Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 136 hektardır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 729 Tarix: 04 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabr