AFFA məşqçini futboldan uzaqlaşdırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sonxeber.az qurumun saytına istinadən xəbər verir ki, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. "Azəri" klubunun baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.
AFFA-nın yaydığı məlumatda bildirilib:
"17 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən "Turan Tovuz" FK – "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində "Azəri" (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıldığı üçün "Azəri" (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, "Azəri" (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulsun".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 685 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fənərbaxça azarkeşlərini qəzəbləndirən görüntü: "Orada nə işi var?"
Fənərbaxça klubunun stadion diktoru Hakkı Akkayanın Kütahyaspor komandasının çempionluq şənliyində səhnəyə çıxması sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, yayılan görüntülərdə Akkayanın Kütahyasporun çempionluq tədbirində aktiv iştirak etdiyi görünür. B
30 aprelGalatasarayın keçmiş hücumçusu 6 dəqiqədə 3 penalti qaçırdı
Qalatasarayın keçmiş futbolçusu Karlos Vinisius formasını geyindiyi Qremio klubunda unudulmaz bir gecə yaşayıb. xəbər verir ki, Copa Sudamericana çərçivəsində keçirilən Palestino matçında braziliyalı hücumçu qısa müddət ərzində ardıcıl şəkildə 3 penalti şansını qaçırıb. Cəmi bir neçə dəqiqəyə baş verə
30 aprelNəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlandı
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb. "Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 00 ABŞ dolları (vergilərsiz 93
13 mayDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildi
Kyokushinkai Karate üzrə dünya çempionu Tunar Axundzadə növbəti uğura imza atıb. 2022 ci ildə dünya çempionatında 1-ci yerə layiq görülən idmançı bu dəfə hakimlik fəaliyyəti ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, beynəlxalq arenada göstərdiyi peşəkar hakimlik fəaliyyətinə görə "İlin hakimi"
2 mayElvin Yunuszadənin toyu oldu - Video
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda "Karvan-Yevlax" klubunda çıxış edən Elvin Yunuszadə evlənib. "Qafqazinfo" xəbər verir ki, təcrbüəli müdafiəçinin toyu ötən gün Bakıdakı restoranlardan birində baş tutub. Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi"
4 mayÇempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina
6 mayMusa Qurbanlı üçün mövsüm erkən bitdi
Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"la oyunda zədələnən Musa Qurbanlının durumuna aydınlıq gəlib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, hücumçu dizindən zəd
5 may