Messi Çempionlar Liqası ilə vidalaşdı
Lionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" KONKAKAF Çempionlar Liqasının 1/4 finalında Meksikanın "Monterrey" komandasına 3:1 hesabı ilə məğlub olub. ABŞ yığması ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının təşkilatçılığı ilə keçirilən KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ikinci oyununda MLS komandası "İnter Mayami" səfərdə Meksika təmsilçisi "Monterrey" ilə "Estadio BBVA"da qarşılaşıb.
Qarşılaşmada Meksika yığması 31-ci dəqiqədə Brandon Vaskes, 58-ci dəqiqədə German Bertarame və 64-cü dəqiqədə Xesus Qallardonun vurduğu qollarla 3-0 önə keçib. Paraqvaylı futbolçu Dieqo Qomez matçın 85-ci dəqiqəsində argentinalı ulduz Lionel Messinin ötürməsi ilə hesabı 3-1-ə çatdırsa da, bu, ABŞ yığmasının növbəti mərhələyə adlaması üçün kifayət etməyib.
Jordi Alba 78-ci dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə aldıqdan sonra "İnter Mayami" 10 nəfərlə qalıb.
"İnter Mayami" öz meydanında keçirdiyi ilk matçda 2:1 hesabı ilə uduzub və ümumilikdə 5:2 hesabı ilə uduzaraq 1/4 finalda turnirlə vidalaşıb.
"İnter Mayami"nin heyətində Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba kimi futbolçular var.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1067 Tarix: 11 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabr