Həbsdə birgə olduğu tanışına qarşı plan qurdu - Foto

Həbsdə birgə olduğu tanışına qarşı plan qurdu - FotoBakıda sifarişlə quldurluq edərək 61 500 manat ələ keçirən şəxslər tutulublar.

Sonxeber.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Paytaxt sakini olan şəxs yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edib. Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər yetirərək zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı - əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, R. Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı C. Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Həbsdə birgə olduğu tanışına qarşı plan qurdu - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 892   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr