Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsi

Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsiXəbər verdiyimiz kimi, Avropa çempionatında Türkiyə millisi Avstriya yığması üzərində 2:1 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə adlayıb. "Ay-ulduzlular"ın heyətində dubla imza atan Merih Demiral matçın əsas qəhrəmanlarından biri olub.

"Qafqazinfo" bu məqamda Merih Demiralın karyerası ilə bağlı maraqlı hekayəsini təqdim edir.

Merih Demiral futbola "Karamürsel İdmanyurduspor" klubunun aşağı yaş qruplarında başlayıb. 2011-ci ildə 13 yaşı olanda "Fənərbaxça"ya keçib. 5 il bu klubun aşağı yaş qruplarında çıxış edəndən sonra ona klub rəhbərliyi tərəfindən peşəkar müqavilə imzalamaq təklif edilib.
Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsiLakin bu müqavilənin dəyəri minimum əmək haqqı qədər olduğu üçün Merih, bununla razılaşmayıb. Futbolçunun sözlərinə görə, bu məbləğ həmin dönəm üçün 1000 türk lirəsi olub:

"Dostlarım qəbul etdi, amma mən etmədim. Çünki Avropa xəyalım var idi".

O, minimum əmək haqqıya (həmin vaxt üçün təxminən 500 AZN) oynamaq əvəzinə, Portuqaliyaya yollanıb. Burada üçüncü liqada çıxış edən "Alcanenense" klubunun heyətinə qoşulub. Türkiyəli futbolçu burada tamamilə pulsuz çıxış edib.
Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsiQısa müddət sonra isə Portuqaliya nəhənglərindən "Sportinq" onu heyətinə cəlb edib. Amma müdafiəçi Lissabon təmsilçisinin B komandasında oynayıb.

Maraqlıdır ki, bu dönəm həm də, azərbaycanlı futbolçu Budaq Nəsirovun "Sportinq"in B komandasında çıxış etdiyi dövrə təsadüf edib. Onlar komanda yoldaşı olsa da, Merih özünü inkişaf etdirməyi bacarıb, Budaq isə Portuqaliyadan vətənə qayıtmış, uzun müddət futboldan kənar qalmış, keçən il "Turan Tovuz"a transfer olmuş, burada öz komanda yoldaşını vurduğu üçün klubdan qovulmuşdu.

Fotoda Budaq Nəsirov və Merih Demiral əvəzedici komandanın heyətində
Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsiMerih 20 yaşında dörd il sonra minimum əmək haqqıya oynamağa razı olmadığı Türkiyəyə yenidən qayıdır. Bu dəfə onu "Alanyaspor" transfer edir. Bu keçid üçün Alanya təmsilçisi "Sportinq"ə 3,5 milyon avro transfer haqqı ödəyir.

Həmin mövsüm birinci dövrənin yekununda İtaliya klubu "Sassuolo" Merih üçün "Alanyaspor"un qapısını döyür. Beləcə, türkiyəli müdafiəçi 9,25 milyon avro qarşılığında İtaliya A seriyası təmsilçisinə keçir.

"Sassuolo" ilə ikinci dövrədə 14 matça çıxan və iki qol vuran gənc Merih İtaliya nəhənglərindən "Yuventus"un radarına düşür. Nəticədə Demiral bu dəfə 18 milyon avroya Turin təmsilçisinə keçir. Onunla 5 illik sözləşmə imzalanır.
Pulsuz oynayıb milyoner oldu... - Demiralın hekayəsiMerih bu kluba keçidini həmin dönəm sosial şəbəkə hesabında belə qeyd edir:

"Tarix xəyal quranları yox, gerçəkləşdirənləri yazır".

Merih Demiral "Yuventus"da 24 matça çıxır, İtaliya çempionu adını qazanır, ölkə kuboku və Superkubokunu başı üzərinə qaldırır. O, daha sonra "Atalanta"ya icarəyə verilir. Berqamo təmsilçisinin mövsümün sonu 25 milyon avro ödəyərək Türkiyə millisinin müdafiəçisini birdəfəlik almaq hüququ yaranır.

Bu dönəmdə Merih üçün cəlbedici təklif gəlir. Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Merihlə üç illik sözləşmə imzalayır. Onun illik maaşının 11 milyon avro olduğu bildirilir. 16 yaşında 500 manat maaşa razılaşmayan, inkişaf etmək üçün Portuqaliyada hətta pulsuz oynayan Merih Demiral, 10 il sonra aldığı məvaciblə Türkiyə futbol tarixinin illik ən çox qazanan futbolçusu olur.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1589   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr