Bakıda güclü zəlzələ gözlənilir - Vaxtı açıqlandı

Bakıda güclü zəlzələ gözlənilir - Vaxtı açıqlandıBu ilin əvvəlində verdiyim müsahibələrdə qeyd etmişdim ki, 2024-cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Cənub zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu, İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi.

Publika.az xəbər verir ki, bunu Referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:

"Ümumiyyətlə, bir neçə növ zəlzələ var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil".

O qeyd edib ki, hiss olunan zəlzələ dedikdə maqnitudası 4.5-5.5 civarında olan zəlzələ nəzərdə tutulur:

"Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya daxildir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir-birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki cənub zonasında olan zəlzələ tektonik-seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil".

Qulam Babayev zəlzələ zamanı insanların davranışlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib:

"Zəlzələ baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 36067   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr