Dörd milyon manatlıq tender udan "Azedunet" MMC kimindir? - Şok isim
Azərbaycanda dövlət qurumlarının tenderləri hələ də ölkə iqtisadiyyatının və dövlət büdcəsinin "ağrılı yeri" olaraq qalır. Bir çox qurumların rəhbərləri dəyişdirilsə də, "köhnə iş prinsipləri" yaşamaqda davam edir...
"AzPolitika" dövlət satınalmaları portalına istinadla xəbər verir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək" tenderinin nəticələrini elan edib.
Tenderin qalibi bundan öncə də nazirliyin milyonluq tenderlərini qazanmış "Azedunet" MMC olub. Qalib şirkətə 4 268 001 manat ödəniləcək. Qeyd edək ki, "Azedunet" MMC 2007-ci ildə yaradılıb, şirkətin qanuni təmsilçisi Natiq Yəhyayevdir.
Təbii ki, ola bilsin, sözügedən şirkətin göstərdiyi xidmət nazirliyi hansısa mənada təmin edir. Lakin məsələnin yalnız şirkətin iş keyfiyyəti ilə bağlı olduğunu düşünmək yəqin ki, sadəlövhlük olardı. Çünki mətbuatda dərc edilən məlumatlarda sözügedən şirkətin Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədova aid olduğu qeyd edilir.
Məsələ ondadır ki, Samir Məmmədovun özü hazırda "Azedunet" MMC-yə 4 milyonluq tenderi verən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 9 il - 2008-2017-ci illərdə rəhbərlik edib.
Onun olduğu iddia edilən "Azedunet" isə artıq bir neçə ildir ki, sözügedən qurumun milyonluq tenderlərini qazanır. Bütün bunları nəzərə alaraq, bu cür şirkətlərin nədən ayrı-ayrı nazirliklərin "favoritinə" çevrildiyini anlamaq çətin deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1984 Tarix: 04 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr