Yaxın Şərqdə gərginlik: Hədəf kim və ya nədir? - TƏHLİL

Yaxın Şərqdə gərginlik: Hədəf kim və ya nədir? - TƏHLİLİranda baş verən hadisələr dünyanın diqqətindədir. Prezident Məsud Pezeşkianın andiçmə gününün səhəri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi tək regionu deyil, dünyanı şoka salıb. İlkin məlumatlara görə, Haniyənin gecələdiyi villaya İsrailə məxsus PUA raket zərbəsi endirib. Zərbənin İsrail Hərbi-Hava Qüvvələrinin "F-35" təyyarəsi vasitəsilə endirildiyi barədə də iddialar var.

İsrail sui-qəsdə görə ittihamları rədd etsə də, buna önəm verən yoxdur. İran rəsmiləri artıq bəyan ediblər ki, İsmayıl Haniyənin qisasını almaq onların borcudur. İranın ali dini lideri Əli Xamenei deyib ki, Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaradıb. İran rejimi üçün Haniyənin Tehranın tam mərkəzində öldürülməsi ikiqat biabırçılıq olub. Belə ki, Tehranı Qəzzadan, Ramallahdan daha təhlükəsiz bilənlər yanılıblar. Yəqin ki, bundan sonra Tehranda tədbir və toplantı keçirməkdən də ehtiyat edəcəklər. Bununla İranın təhlükəsiz olmadığının mesajı verilib. Bu, həm də ölkənin müdafiə və kəşfiyyat güclərinə, özünü regionun ağası sayan SEPAH-a xəbərdarlıq kimi qiymətləndirilir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Yenicə and içən Pezeşkiana mesaj

Haniyənin qətlinin səbəbləri və kimlər tərəfindən törədilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Qeyd olunur ki, bu, yenicə and içən islahatçı prezidentə müxtəlif dairələrin xəbərdarlığıdır. Digər bir ehtimal da odur ki, HƏMAS-ın hərbi qanadının Haniyə ilə münasibətlərində ciddi problemlər olub. Yaxın Şərqdə müharibənin alovlanmasını, Türkiyənin və İranın da münaqişəyə cəlb olunmasını istəyən qüvvələr də bunu edə bilərlər. Belə ki, Haniyənin Türkiyə hökuməti ilə də yaxın münasibətləri var idi və cibində Türkiyə pasportu daşıyırdı.

İranın "qisas bayrağı"

Qisas alınacağına gəldikdə, artıq Qumda Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb. Adətən, İranda qırmızı bayraq ağır itkilər və ya intiqam çağırışı zamanı qaldırılan qisas simvolu hesab olunur. Qırmızı bayrağı qaldırmaqla, İran Haniyənin qisasını alacağına diqqət çəkib. Qeyd edək ki, İran qırmızı bayrağı sonuncu dəfə bu il yanvarın 3-də Kirman vilayətində İŞİD-in törətdiyi terror aktından sonra qaldırmışdı.

Haniyənin xələfi kim olacaq?

İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif iddialar yayılmaqdadır. İsrail mediasında ən çox səslənən versiyalar arasında Xalid Məşəlin adı çəkilir. Məlumata görə, Məşəl 2025-ci ildə keçiriləcək seçkiyə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək. Təşkilat daxilindəki müzakirələrdə də onun namizədliyi geniş dəstək görüb.

Bir gündə iki sui-qəsd

İndi hər kəsi bir sual düşündürür. İsmayıl Haniyənin Tehranda öldürülməsi regional münaqişəyə çevrilə bilərmi? Əslində İsrail tərəfindən bu təhlükəni tətikləyən başqa addımlar da atılır. Haniyənin öldürülməsi ilə eyni gündə Livanda İranın əsas proksi qüvvəsi sayılan "Hizbullah"ın məşhur komandiri olmuş Fuad Şükür də aviazərbələr nəticəsində qətlə yetirilib. Hansı ki, o, mənsub olduğu təşkilatın lideri Həsən Nəsrullahın əsas adamı sayılırdı. Bütün bu hadisələr İran-İsrail-Fələstin oxunda hədəflərin dəyişəcəyi ehtimalını gücləndirir.

Türkiyə Milli Kəşfiyyat Akademiyasının vitse-prezidenti Hakkı Uyğur "Milliyyət"ə açıqlamasında bildirib ki, İranın təhlükəsizliyinə sızmaq yeni bir şey deyil. İranın Livan vasitəsilə qisas ala biləcəyini ifadə edən Uyğurun sözlərinə görə, Təl-Əvivlə Tehran arasında birbaşa toqquşma inandırıcı deyil. "Hizbullah"ın daha təsirli cavab verməsi ehtimalı yüksəkdir", - deyə o bildirib.

İsrailin hədəfləri

Ekspertlər İsrailin Haniyə sui-qəsdindən hansı məqsədlər üçün yararlanacağına, hədəflərinin nə olduğuna dair maraqlı məqamlara diqqət çəkiblər. İsrailin Baş naziri Benyamin Netanyahunun 7 oktyabrdan sonra bölgənin xəritələrinin dəyişəcəyini dediyini xatırladan türkiyəli ekspert Hakkı Uyğurun sözlərinə görə, Təl-Əviv bu hücumu regional dizayn üçün bir fürsət olaraq görür.

Sui-qəsdin həm də Təl-Əviv üzərində Qəzzada atəşkəs basqısını azaltmağa hesablandığını düşünənlər də var. Karnegi Fondunun Yaxın Şərq Mərkəzinin baş elmi işçisi, professor Abdullah Baabud atəşkəs danışıqlarına Haniyənin rəhbərlik etdiyini və bu prosesdə onun iştirakının vacib olduğunu vurğulayıb.

İranşünas Mehmet Koç isə bu qənaətdədir ki, Haniyə sui-qəsdində məqsəd İranı İsraillə birbaşa müharibəyə cəlb etməkdir. Netanyahunun ən başlıca hədəfi isə İranın hücumu fonunda ABŞ-nin bu müharibəyə girişməsinə nail olmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 637   Tarix: 03 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr