"İranın "S-300" sistemi var, İsmayıl Haniyənin qətlində isə üçüncü variant yoxdur"

"İranın "S-300" sistemi var, İsmayıl Haniyənin qətlində isə üçüncü variant yoxdur""HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürülməsi İran-İsrail münasibətlərini yenidən gərginləşdirdi. İran tərəfinin ötəngecəki açıqlamasından belə başa düşülürdü ki, bu gərginlik daha konkret nəticələrlə özünü nümayiş etdirəcək. Hətta İranın Ali Rəhbəri Əli Xamenei "X" sosial şəbəkə hesabında İsraillə hər dəfə münasibətlər daha da gərginləşəndə paylaşdığı ənənəvi tvitini yenidən gündəmə gətirib: "Sionist rejimin sonu yaxınlaşır".

Ardınca isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yaydı: "Netanyahu! Yatma! Raketlərimizi gözləyin!"

İran dövlət televiziyası da tezliklə dünyanın mühüm hadisələrin şahidi olacağını bildirdi.

Buna baxmayaraq, gurultulu bəyanatlar yenə də təhdiddən o tərəfə keçmədi. Nə "sionist rejim"in sonu çatdı, nə SEPAH-ın gözlənilən raketləri işə düşdü, nə də dünya "maraqlı hadisə"lərlə qarşılaşdı. Verilən vədlər sözdən o tərəfə keçmədi.

Bəs söz və əməl olaraq bir-birini təkzib edən bu gedişat nəyin göstəricisidir?

Oxu.Az-ın suallarını hərbi ekspert Azər Bayramov cavablandırıb:

- İran artıq neçənci dəfədir ki, İsraili vurmaqla hədələsə də, yenə də fərqli addım atmadı. Tehran bununla güc nümayiş etdirir, yoxsa bu təhdidlər başqa bir amilə xidmət edir?

- Hərbi-strateji aspektdən baxanda bunun güc nümayişi ilə heç bir əlaqəsi yoxdur. Güc nümayişi odur ki, hərbi təlimlər, paradlar və s. bu kimi tədbirlər keçirib əzələ nümayişi edirsən. Ancaq bu cür quru təhdidlər əzələ nümayişindən daha çox, siyasi təzyiqi azaltmağa, daxili auditoriyanı sakitləşdirməyə hesablanmış addımlardır. Çünki əməli olaraq bunun heç bir nəticəsini görmürük. Düzdür, təlimlərdə bu və ya digər təhdidlərin olduğunu da görürük, ancaq effektivlik hansı səviyyədədir - bu da göz qabağındadır.

- Lakin burada da bir ziddiyyət var: əgər bu cür aqressiv reaksiyalar ictimaiyyətin gözünə kül üfürməkdirsə, verilən vədlər havada qalanda həmin ictimaiyyət qarşısında əksinə, daha da aciz duruma düşmək təəssüratı yaranmır ki?

- Birmənalı olaraq elədir. Baxın, istənilən siyasi çaplı bir şəxs qonaq qəbul edildiyi ölkədə sui-qəsdə məruz qalırsa, bu və digər formada qətlə yetirilirsə, bu, həmin dövlətin nüfuzuna çox ciddi zərbədir. Düzdür, bununla bağlı müxtəlif versiyalar səsləndirilir ki, guya İsmayıl Haniyə başqa bir ölkədən atılan raket zərbəsi ilə öldürülüb. Ancaq binanın hazırkı vəziyyətinə baxanda, heç də aviasiya zərbəsinin izinə rast gəlmirik. Üstəlik, hadisədən sonra binanın üzərinə örtük də asılıb ki, bu da hansısa qərara gəlmək üçün problem yaradır. Çünki bina tam açıq vəziyyətdə olsa, müəyyən bir nəticə çıxarmaq olar ki, partlayış daxildən olub, zərbə bayırdan endirilib, yoxsa başqa bir ölkədən?

Bu baxımdan, mən zərbənin uzaq məsafədən, yəni İran sərhədlərindən kənardan endirildiyinə inanmıram. Hücum ya yaxın məsafədən, ya da binanın daxilindən həyata keçirilib. Bu da İranda İsrailə işləyən casus şəbəkəsinin olub-olmaması ilə bağlı suallar yaradır. Ələlxüsus da nəzərə alsaq ki, Haniyə sui-qəsdə məruz qalarkən olduğu bina Prezident Pezeşkianın iqamətgahından 700-800 metr aralıda yerləşir, deməli, bu hadisə hər şeydən əvvəl birinci İranın nüfuzuna xələl gətirir.

- Hadisənin başvermə səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənsə də, hər halda bu, İranın təhlükəsizliyinin sual altında olmasından xəbər vermir?

- Bu, ilk növbədə bilavasitə İran kəşfiyyatının problemidir. Bu aksiomun müzakirəyə ehtiyacı yoxdur. Çünki İsraillə İran arasındakı məsafə uçuş marşrutundan asılı olaraq təxminən 1500-1800 kilometrdir. Bu məsafəni qət edə biləcək raketin dağıdıcı qüvvəsi bizə təqdim edilən görüntüdəki kimi deyil. Ona görə də raketin İsraildən və ya üçüncü ölkədən atılması ilə bağlı ehtimallar istiqaməti başqa yerə yönəltməkdən başqa bir şey deyil. İsmayıl Haniyəni ya yaxın məsafədən vurublar, ya da qaldığı binanın daxilində partlayış olub. Üçüncü variant yoxdur.

- Hətta İran bunun müqabilində belə, yenə də adekvat addım atmadı, hədə-qorxu gəlməklə kifayətləndi...

- Məsələ burasındadır ki, son dövrlər İran HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyədən daha çox, təşkilatın hərbi qanadının lideri Xalid Məşələ isti münasibət bəsləyirdi. Deməli, HƏMAS-ın hərbi qanadının lideri ilə daha yaxın münasibət, hadisənin ölkə hüdudlarından kənarda törədilməsi ehtimallarının az olması və İranın adekvat addımlar atmaması, eləcə də digər variantları nəzərə alanda yenə də nəticə ona çıxır ki, raket kənardan atılmayıb. Nəzərə almaq lazımdır ki, İranın hərbi arsenalında radiolokatorlu axtarış sisteminə malik "S-300" zenit raket kompleksi var. Deməli, İran ölkə ərazisinə daxil olan raketi vura bilməsə belə, radar bu raketi tutmalı və ən azından, həyəcan siqnalı verməlidir ki, potensial təhlükənin qarşısı alınsın. Necə oldu ki, bunların heç biri baş vermədi? Ona görə də mən İranın bu hadisə ilə bağlı gətirdiyi arqumentləri, iddiaları ciddi qəbul etmirəm.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 722   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr