114 saylı Şəki şəhər seçki dairəsində qalmaqal - Vüqar İskəndərov rəqiblərinə təzyiq edir?

114 saylı Şəki şəhər seçki dairəsində qalmaqal - Vüqar İskəndərov rəqiblərinə təzyiq edir?1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində gündəmə gələn seçki dairələrindən biri 114 saylı Şəki şəhər seçki dairəsidir.

AzFakt.com xəbər verir ki, dairədə VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərovun əsas rəqibləri Müsavat Partiyasının təmsilçisi Tahir Səfərov, REAL Partiyanın təmsilçisi Razim Rzayev və keçmiş müsavatçı, hazırda bitərəf Adil Qeybulladır.

Dairədə gedən hazırkı prosesləri öyrənmək üçün Pravda.az-ın əməkdaşı Müsavat Partiyasının namizədi Tahir Səfərovla əlaqə saxlayıb.

T.Səfərov deyib ki, ona hakim partiyanın təmsilçisi Vüqar İskəndərovla ortaq dostları namizədliyini geri götürməsi ilə bağlı zəng edirlər: "Rahat şəkildə təşviqatımızı aparırıq. Hərdən bəzi məntəqələrin savadı olmayan nümayəndələri posterləri yapışdırmaq üçün müdirdən icazə istəyirlər. Bunu problem saymıram. Qapı-qapı gəzib şəxsən özüm imza toplamışam. Təzyiqlər yuxarı səviyyədə deyil. Hansısa icra strukturu, yaxud dairədən, güc orqanlarından yox, Vüqar İskəndərovla ortaq dostlar tərəfindən zənglər olur ki, namizədliyini geri götür. Yəni fərdi şəkildə deyirlər. Onlara əhəmiyyət verməmişəm. Fərd şəklində mən də deyə bilərəm. Anladıqları budur. Mən uzun müddət idarəetmə orqanlarında işləmişəm, sonradan təqaüdə çıxmışam. Birinci Qarabağ və Vətən müharibəsində Şəkinin bütün şəhidlərinin nəşini mən gətirmişəm. Öz oğlum da müharibə veteranıdır. İndi mülki həyatda olsam da, ictimai-siyasi həyatda aktivəm. Müsavatın sıravi üzvüyəm. 65 yaşım var. Şükür Allaha ki, seçkilərə cəhd etdim. Son nəticədən asılı olmayaraq sakinlər tərəfindən sevildiyimi gördüm. Əgər mənə qarşı həddini aşan ciddi qanun pozuntusu olsa, tapşırmışam ki, sosial şəbəkələrdə işıqlandırılsın. Son nəticədən ehtiyatlanıram, çünki məntəqələrə təyin etmək üçün o qədər də qüvvə yoxdur. Gənclər də bizim dövrümüzdəki kimi aktiv deyillər".

T.Səfərli rəqibi Vüqar İskəndərovun təşviqat üçün keçirilən görüşlərinə Şəki Mərkəzi Xəstəxanasının kollektivinin məcburi şəkildə aparılması barədə məlumatlara da münasibət bildirib: "Mən ümumi fikir bildirdim ki, qapalı şəraitdə 500 nəfərlik yeri doldurası qüvvəm, imkanım yoxdur. Sosial şəbəkədə "Vüqar İskəndərov" yazın, baxın. Görəcəksiniz ki, görüşlər eyni formatdadır, müəllimlər, həkimlərdir. Zorla 50-500 adamı yığıb görünüşcə gözəl, lakin keyfiyyətsiz görüş keçirməkdənsə, az sayda adamla, küçədə, orda-burda görüşmək daha yaxşıdır. Mənim də aldığım məlumatlara görə, Vüqar İskəndərovun görüşünə gedənlər kütləvi şəkildə idarə, təşkilat, hansısa müəssisə işçiləridir. Onsuz da, indi yay ayında zalın o cür dolmasının özü nəyisə deyir. Mən o iclaslarda iştirak etməmişəm, heç nümayəndəm də olmayıb. Sadəcə, iştirakçılar belə deyirlər. İskəndərovun dünənki paylaşımlarına da baxın, zalda oturanları görəcəksiniz. Görünən dağa nə bələdçi?"

O bildirib ki, rəqibi Adil Qeybulla çox səbirli davranır: "Adil müəllim hazırda bitərəfdir. Onunla görüşürük, birlikdə məşvərət edirik. Adil Qeybulla ağıllı adamdır. Ağıllı adamdan məsləhət almaq daha yaxşıdır. Başqa alternativ namizəd REAL-dan Razim Rzayevdir. Digərləri isə hiss olunur, iddiası olmayanlardır. İddiası olanlar Vüqar İskəndərov, Adil Qeybulla, Razim Rzayev və bəndənizdir. Mən rəqibimdən çəkinmirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 697   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr