Yasamal seçiciləri Ülvi Quliyevə etiraz edir? - ŞOK AÇIQLAMA

Yasamal seçiciləri Ülvi Quliyevə etiraz edir? - ŞOK AÇIQLAMAÖtən seçkilərdə baş verən müəyyən seçki pozuntuları, seçicilərin öz iradəsinin əksinə təsdiqlənmiş namizədlərin parlamentdə, həm də bələdiyyədə olması Azərbaycan vətəndaşında seçkiyə inamı xeyli azaldıb.

Bu sözləri Tribunainfo.az-a 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Ərturqut Şərəfxanlı bildirib.

O qeyd edib ki, bu baxımdan seçicilərin 1 sentyabr seçkilərinə marağını yüksək qiymətləndirmək olmaz: "Elə o səbəbdən də görüşlərdə iştirakı seçki fəallığı, ölkədə seçki aktivliyi kimi qələmə vermək düzgün olmazdı. Düzdür, bəzi namizədlər var görüntü üçün müəyyən fotolar, videolar yayırlar ki, guya görüşlərdə xeyli sayda seçici iştirak edir. Ancaq təəssüf ki, bu görüşlər inzibati resurslar əsasında formalaşır və bu da seçki mühitində bərabər rəqabət şəraitini pozur".

Ərturqut Şərəfxanlının sözlərinə görə, bütün bunlarla yanaşı məhəllə görüşlər keçirərək seçicilərlə ünsiyyətdə olmaq mümkündür və buna tam sərbəst imkan yaradılır: "Azərbaycan vətəndaşında seçki inamını qaytarmaq üçün bu görüşlər əhəmiyyətlidir". Deputatlığa namizəd hesab edir ki, Azərbaycanda bütün dairələr üzrə, daha çox şəhər dairələri üzrə problemlər eynidir, insanlar eyni məsələlərdən şikayətlənirlər: "Bunlar işsizlik, öz hüquqlarının müxtəlif dövlət qurumlarında kobud şəkildə pozulması, sosial müavinətlərin verilməsində yaranan problem, əlillik dərəcəsinin müəyyənləşməsində və ya ləğv olunmasında yaranan pronlemlərdir. Ayrı-ayrı məhəllələr var ki, onlarda işıq, yol və digər problemlər üzə çıxır. Bütünlükdə isə seçicilərin əksəriyyəti maaşların az, qiymətlərin isə bahalığına şikayətlənirlər".

Dairədə əsas rəqibi haqda danışan Ərturqut Şərəfxanlı VI çağırış üzrə deputat olmuş Ülvi Quliyev barəsində seçicilərin fikirlərini bölüşüb: "Seçicilərlə görüşlər zamanı bizə məlum oldu ki, bəzi küçələrdə seçicilər nəinki Ülvi Quliyevdən narazıdırlar, hətta onun seçicilərlə görüşməsinə belə etiraz edirlər".

Ə.Şərəfxanlı bildirib ki, etirazla qarşılaşan rəqibi Ülvi Quliyev bəzi seçicilərlə ofisdə görüşmək məcburiyyətində qalır: "Ülvi Quliyev də bu etirazın qarşılığında bəzi seçicilərlə öz ofisində, yəni seçicini yanına çağıraraq onunla görüşür. Səhv ermirəmsə, Ülvi Quliyev iki dönəm bu dairədən namizəd olub. Yenə deyirəm, rəqib olaraq danışmaq bir az qaydalara uyğun olmaz. Lakin hər halda, Yasamalda olan problemlərdə və bu vaxta qədər parlamentdə ümumiyyətlə, Ülvi Quliyevin hansısa problemi qaldırmaması bir deputat kimi onun haqqında seçicinin rəyini formalaşdıran əsas arqumentdir. Eyni zamanda, Azərbaycan mediasında onun haqqında çıxan yazılara da rəsmi münasibət bildirməməsi göstərir ki, "od olmayan yerdən tüstü çıxmaz…"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 896   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr