Azərbaycanda bu kanal 3 min manat cərimələndi
İctimai Televiziya və Radio Yayımları Şirkəti ("İTV" kanalını) cərimələnib.
Sonxeber.az xəbər verir kii, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, buna səbəb kanalın efirində cari ilin mayın 4-də, saat 13.00–13.24 saat aralığında yayımlanmış "1 şəhər və 24 saat" proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb:
"Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış "uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya" olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq "18+" yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir".
Qeyd edilib ki, "İTV" televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub:
"Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2099 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr