Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonda gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 455 Tarix: 19 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr