Azərbaycanlı Quranı yandırdı: Cəzası nə olacaq?

Azərbaycanlı Quranı yandırdı: Cəzası nə olacaq?Bu günlərdə sosial şəbəkədə naməlum azərbaycanlının Quranı yandırıb, Məhəmməd Peyğəmbəri təhqir etməsi ilə bağlı görüntülər yayıldı.

"Yeni Müsavat" xəbər verir ki, sosial media üzərindən Elxan Nəbiyev adlı bir şəxs Quran vərəqlərini qopararaq İslam Peyğəmbəri və müsəlmanların anası sayılan Xədicə haqqında təhqiredici sözlər söyləyərək, ilahi kitabı yandırıb. Bu görüntülər həm sıravi vətəndandaşların, həm də dini kəsimin qəzəbinə səbəb olub.

Zaman-zaman Danimarkada, İsveçdə Quran təhqir edilərək yandırılarkən ölkəmizdə ciddi narazılıqlar, etirazlar səsləndirildi. Amma Azərbaycanda belə bir hadisənin olacağını heç kim ağlına gətirməzdi. Sosial media üzərindən Quranın vərəqlərini qopararaq, onu yandıran həmin şəxs və onun hərəkətləri nifrətlə qarşılanıb. Özünü ateist elan edən bu adamın əhalisinin böyük çoxluğu müsəlman olan bir ölkədə Qurana qarşı həqarətinin qəbuledilməz olduğu qeyd olunub. "Mən dindar deyiləm. Amma min illərdən bu günə qədər insanların qəbul etdiyi inancları təhqir etmək qəti yolverilməzdir. Ədəbsizlikdir, hamımıza qarşı həqarətdir. Heç bir səmavi dini- xristian, yəhudi, pravoslav, islamı təhqir etmək olmaz və əgər təhqir edən varsa, dövlətimizin qanunları var. Cəzası verilməlidir", deyə Ramil Vəliyev adlı sosial media istifadəçisi yazıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bununla bağlı artıq araşdırma başladılıb. Həmin şəxsin Azərbaycanda yaşamadığı barədə iddialar da var. dirnaq modelleri

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Qurani-Kərimin yandırılması ilə bağlı "Yeni Müsavat"a bunları deyib: "Bəli, bu günlərdə hər kəs ölkəmizdə müqəddəs kitabın - Qurani-Kərimin yandırılmasının şahidi oldu. İnanıram ki, küçədə döyülən itə aidiyyəti qurumlar tərəfindən göstərilən həssas münasibətin (səbəbkarın cəzalandırılması) eynisi bu hadisəyə də şamil ediləcək. Sözüm onda deyil, sözüm əxlaqsızlıqdan danışan şəxsin qeyri-əxlaqi davranışı ilə paradoksallıq yaratmağındadır. Qurani-Kərimi yandıran bu şəxs cəmiyyətdə din, daha doğrusu İslam əleyhdarı kimi tanınır, dinin cəfəngiyat olmağından, qeyri-dini yanaşmanın təntənəsindən ağızdolusu danışır, dindarların, dini fiqurların, avtoritetlərin (xüsusən Həzrət Məhəmmədin) qeyri-əxlaqi həyat sürməkləri, bəşəri-humanist dəyərlərə zidd təlimlər gətirmələrindən söz açır. İnsan gərək əleyhinə danışdığı şeyləri öz həyatında əks etdirməsin, əks halda, danışdıqları atmosferə səpələnən səs dalğalarından başqa bir şey olmayacaqdır. Əgər biz nəyisə tənqid ediriksə, bu, həmin şeydən uzaq olduğumuzu göstərir. Elə isə Peyğəmbəri əxlaqdankənar davranışlarda ittiham edən şəxsin gərgin emosional-psixoloji halət içərisində Qurani-Kərimi yandırması sizə qəribə gəlmir ki? Əlbəttə ki, bu davranışın bir adı var: tərbiyəsizlik və xırdalıq! Hər şeyi qoyaq qırağa: bir adam ki, razılaşmadığı ideyaya, fikrə adi ailə tərbiyəsi çərçivəsində münasibət bildirməyi bacarmır, tərbiyəsizlik edir, boş verin onu, elə davranın ki, sanki beləsi heç həyatda olmayıb. Belə tərbiyəsizə fikir verməyək! Belə xırda adamlardan sağlam tənqid, ali etiraz forması gözləməyək. Nəyiksə, davranışımız da odur! Xırda olduğu üçün gərgindir. Onun cığal uşaqlara xas bu davranışı Quranın, islamın təqdim etdiyi mənəvi-əxlaqi və sosial dəyərlərin ölməzliyi, eləcə də hər mədəniyyət daxilində (elə Azərbaycanın özündə!) özünə yer edərək vüsət kəsb etməsi qarşısında psixoloji narahatlıq keçirən təfəkkürün qıcıq reaksiyasıdır. İslam və Quranın hər yerdə özünə yer etməsi, əhalinin əhəmiyyətli hissəsi tərəfindən sevilməsi bu şəxsdə psixoloji travma yaradıb.

Allaha, ilahi kəlama azğıncasına, təhqiramiz surətdə sataşan elə kimsə yoxdur ki, həyatda ikən yara tutmasın, yara səpməsin. Sözümü əsla, hərfən qəbul etməyin. Quran yandırmaq, İslamdan acıq çıxmaq hikkəsi yara tutmağın göstəricisi deyilmi?!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1416   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr