Naxçıvan Nazirlər Kabinetində "tender şəbəkəsi" – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR

Naxçıvan Nazirlər Kabinetində "tender şəbəkəsi" – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİRNaxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur.

Əldə etdiyimiz məlumata əsasən, NK dövlət büdcəsindən maliyyələşən təşkilatlara təzyiq edərək, "Dövlət Satınalmarı haqqında Azərbaycan Respublikasının qanunu"nu heçə sayır, işlərin görülməsinə və müəssisələr üçün lazımi avadanlıqların və malların alınmasına qarşı gəlir.

Bu haqda redaksiyamıza danışan mənbə deyir ki, Nazirlər Kabinetində belə qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin başında hansı vəzifəni daşıdığı bəlli olmayan Tamir Yüsifov dayanır. Onlar dövlət müəssisələrinin satınalmasına aid predmetləri, yəni cihaz və avadanlıqların adlarını, texniki xüsusiyyətlərini, paremetrlərini, ən əsası da tenderə çıxarılana qədər heç kimin görməməsi lazım olan şərtlər toplusunu tələb edərək, mənimsəyirlər. Bunun da əsl səbəbi özləri tərəfindən yaradılan, ancaq təsisçisi və ya icraçı direktoru başqa şəxslər olan, təchizatçı kimi fəaliyyət göstərən şirkətlərə yuxarıda göstərilən sənədləri təqdim edib, əvvəlcədən qiymət alıb, şərtlər toplusunu qəlizləşdirərək, dövlət büdcəsini talamaqdır.

Mənbə, bu şəbəkəyə məxsus çoxsaylı şirkətlərdən ikisinin - "AGAT GROUP" MMC və "PROFİ TOOLS" MMC-nin adını da açıqlayıb.

"Qanunda Nazirlər Kabinetinin belə səlahiyyəti olduğunu təsdiq edən sənəd olmadığı təqdirdə, dövlət müəssisələrinin iş mexanizmi və işlərinin ləngiməsinə səbəb olurlar. Dövlət müəssisələrindən aldıqları cihaz haqqında məlumatları, yəni malları satışı həyata keçirən xarici şirkətlərdə əvvəlcədən stoklayaraq, satınalma prosesində yaradılmış şəffaf mühiti kobud şəkildə pozurlar. Öz istədikləri şirkətləri qalib etmək üçün şərtlər toplusunu məhz öz şirkətlərinə uyğun hazırlayaraq, dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə göndərib, satınalmanın onların istədikləri kimi təşkil olunmasını tələb edirlər. Buna səbəb kimi, "biz dövlət büdcəsinin qənaətcil və səmərəli şəkildə xərclənməsini istəyirik" deyirlər", - mənbə vurğulayır.

Məlumata əsasən, dəfələrlə dövlət müəssisələrinin şikayət etmələrinə baxmayaraq, sözügedən şəbəkə heç kimə məhəl qoymadan, öz qanunsuz əməllərini davam etdirməkdədir. Yəni Ali orqanın təmsilçiləri dövlətin mənafeyini zədələyərək, öz şəxsi mənafelərini (şəxsi qazanclarını – red.) ondan üstün tutub, özbaşınalıq edirlər.

"Nazirlər Kabinetinin işçisi Tamir Yüsifov Naxçıvana hansı məqsədlə gətirilib və nazirlikdə vəzifəsinin nə olduğu da bəlli deyil. Belə ki, otaqların girəcəklərində hər bir şöbənin və ya sektorun ümumi adı qeyd edilsə də, adıçəkilən şəxsin otağının girəcəyində heç bir məlumat lövhəsi asılmayıb və vəzifəsi qeyd edilməyib", - deyə mənbə bildirir.

Tamir Yüsifov

O da vurğulanır ki, son zamanlar tenderlə bağlı qalmaqal çıxdıqdan sonra Tamir Yüsifov dövlət müəssisələrinin satınalma üzrə səlahiyyətli şəxslərini dəvət edərək, onlara bir sıra tapşırıqlar verib. Məsələn, heç bir halda elektron yazışma aparılmaması haqda göstəriş verilib: "Əlavə olaraqda qeyd edə bilərik ki, "Əlibaba və qırx quldur" nağılına uyğun olaraq, baş nazirin tapşırığına əsasən, ştatda olmayan digər dövlət müəssisələrindən kadrları cəlb edərək, satınalmada tam nəzarəti mənimsəmək məqsədilə onların gələcək karyeraları ilə də oynyırlar.

Satınalma üzrə ayrıca onu da bildirək ki, Nazirlər Kabinetindən müəssisələrə etiraz əlaməti olaraq, səlahiyyətli nümayəndəliyin adını çəkməklə, tenderə icazə verilmədiyini qeyd edirlər. Bu və bunun kimi halların qarşısın almaq üçün müvafiq dövlət orqanları tərəfindən ciddi addımlar atılmalı və dövlətin adına qara ləkə yaxacaq bu adamları bu cür yüksək səviyyəli orqanlardan uzaqlaşdırmaq lazımdır".(hurriyyet.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 759   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr