DSX-nın keçmiş əməkdaşı vətəndaşın 14 min manatını MƏNİMSƏDİ - ŞİKAYƏT
DSX-nın keçmiş əməkdaşı vətəndaşın pulunu mənimsəyib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Nəzrin Əliyeva (şərti ad) şikayətində məlumat verib. O bildirib ki, borclarını ödəmək üçün Hyundai Sonata markalı avtomobilini borclarını ödəmək üçün satmaq istəyib:
"Təqribən "yanvar-fevral ayları olardı. Mənim borcum var idi və avtomobilimi satmaq istəyirdim. Lakin depressiyada olduğum üçün evdən çıxa bilmirdim. O vaxtı İbrahim Mustafayev adlı oğlanla danışırdım. Mən ona dedim ki, avtomobilimi tez satmaq və borcumu ödəmək istəyirəm. Mənə dedi ki, avtomobili özü sata bilər. Depressiya vaxtı belə işlər ilə məşğul ola bilməyəcəkdim. Mən notariatda ona etibarnamə verdim. Mən etibarnamə verdikdən sonra maşınımı görmədim. Mən maşınımı 18 min 500 manata satmaq istəyirdim. O da maşınımı həmin məbləğə satdı".
Şikayətçinin sözlərinə görə, sözügedən şəxs həmin məbləğdən yalnız 4500 manatı geri verib. Pulu qaytaracağını desə də buna əməl etməyib və vətəndaşın yerdə qalan pulunu mənimsəyib.
"Daha sonra bu şəxsi polisə şikayət etdim. Həmin vaxtı DSX-da işləyirdi. Polisə şikayət etdikdən sonra anası mənimlə əlaqə saxladı. Şikayətimi geri götürməyim üçün xahiş elədi. Pulumu verəcəyini dedi. Anasına görə şikayətimi geri götürdüm. Həmin ərəfələrdə başım bir məsələyə qarışdı. Bununla əlaqədar bir-iki həftə maraqlana bilmədim. Daha sonra anası ilə əlaqə saxladım. Artıq söhbətimizin üzərindən 1 ay keçmişdi və hələ də pulumu qaytarmadılar. Dedi ki, oğlu ilə əlaqə saxlaya bilmir və pulu verə bilməyəcək. Daha sonra tanışlardan öyrəndim ki, bu adam Türkiyəyə gedib. Onların planı şikayətimi geri çəkib, özünü isə Türkiyəyə qaçırtmaq idi. Mən də səs yazıları var. Orada deyir ki, belə davam etsən Türkiyəyə çıxıb gedəcəm və məndən pul ala bilməyəcəksən. Səs yazısında hər şeyi deyib. İşindən ərizə yazıb və çıxıb. Onun bacısını mənə hədə-qorxu gəldiyinə görə polisə verəcəm. Qardaşı günahkardır və polisə verdiyim üçün mənə hədə-qorxu gəlirlər".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini almağa çalışsaq da, telefon nömrəsi işləmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM