İçkili vəziyyətdə maşın sürən NAMİZƏD: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

İçkili vəziyyətdə maşın sürən NAMİZƏD: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?Parlament seçkilərində deputatlıq yarışında çıxan şəxslərlə bağlı yazılarımız davam edir. Bir çoxları yenə də millətin canına düşüb onlardan səs umsa da, digərləri artıq atalarının hesabına deputat olmaq istəyir desək, yanılmarıq.

Sözsüz ki, Azərbaycan parlamentində "atadan övlada prinsipinə" sadiq qalan şəxslər çoxluq təşkil edir. Builki seçkilərdə də Samir Vəliyev, Günay Ağamalı, Mahir Süleymanlı kimi namizədlər atalarının "bron" etdiyi deputatlıq mandatının növbəti sahibi olmaq uğrunda amansız mübarizəyə qoşulublar. Heç təsadüfi deyil ki, 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır. Yəqin ki, bu ad çoxlarına tanış gəldi…

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazımızın bugünkü "qonağı" sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədovadır.

Hazırda "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədovanın namizədliyini verdiyi dairədən deputat olacağı isə heç kimdə şübhə yaratmır.

Yerli mətbuatda yazılan iddialardan biri isə budur ki, N. Məmmədova heç də Fikrət Məmmədovun qızı deyil, eləcə də cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olub. Daha bir iddia isə budur ki, guya Nigar xanım bu barədə yaxın çevrəsinə tapşırıq verib ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər. Bu məlumatın yalan və doğru olması haqqında isə bir söz deyə bilmərik.

Nigar Məmmədova ilə bağlı səslənən iddialardan fərqli olaraq, bir faktı da qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı protokol sektorunun müdiri təyin edib. Qeyd olunur ki, Nigar xanım nazirin ən yaxın adamı hesab olunur.

Xanım Məmmədova haqqında səslənən bilgilər bununla da bitmir. Qısa bir xatırlatma keçək: 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının "saxla!" əmrinə tabe olmayaraq avtoqəza törətmişdi. Hadisə zamanı xəsarət alan olmasa da, Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayev prosesə müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsinə nail olub.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin "Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası" və Miçiqan Universitetinin "Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar" proqramlarını bitirərək sertifikatlar əldə edib.

YAP-ın kadrı olan xanım Məmmədovanın Abşeron və abşeronlular üçün nələr edəcəyi böyük müəmmadır. Lakin onun da kreslosunu bərkidib, susqun qalacağını çoxumuz bilirik.

Mövzunu davam etdirəcəyik…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4355   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr