Azərbaycanda əməkhaqqı sistemi köklü dəyişir - Yeni qayda belə hesablanacaq - MƏBLƏĞ

Azərbaycanda əməkhaqqı sistemi köklü dəyişir - Yeni qayda belə hesablanacaq - MƏBLƏĞAzərbaycanda minimum əməkhaqqının artırılması və saatlıq əməkhaqqı rejiminə keçilməsi mövzusu son dövrlərdə işçi hüquqlarının gücləndirilməsi və sosial rifahın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Hökumət bu addımları ataraq, işçilərin sosial müdafiəsini gücləndirmək və əmək bazarında daha ədalətli şərait yaratmaq məqsədini güdür.

Minimum əməkhaqqının artırılması milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, işçilərin əməyinin daha layiqli şəkildə qiymətləndirilməsini təmin edəcək. Eyni zamanda, saatlıq əməkhaqqı rejiminə keçid, iş vaxtının daha səmərəli təşkili və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addım hesab edilir. Bu dəyişikliklər, əmək bazarında daha çevik və müasir yanaşmaların tətbiqinə şərait yaradacaq və işçilərin öz hüquqlarını daha asan şəkildə qorumaq imkanını artıracağı bildirilir.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, bu mexanizm Azərbaycanda tətbiq edilərsə, ciddi dəyişikliklər olmalıdır:

"Bununla bağlı mediada ictimai müzakirə yarandı, lakin bunun mexanizmi ilə bağlı hər hansı bir açıqlama olmadı. Maraqlıdır, bu mexanizm necə hesablanacaq? İndiki minimum əməkhaqqı 345 manatdır. Bunu 5 günlük iş sistemi ilə hesablasaq və saat hesabı 8 saatlıq iş rejiminə bölsək, deməli bir saata təxminən 1 manat 80 qəpik düşür. Əgər elə olacaqsa, bu, təbii ki sərfəli deyil. Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 700 mindən bir az çoxdur. Bunun yarıdan çoxu dövlətdə, digərləri isə özəl sektorda çalışır".

Ekspert qeyd edib ki, dövlətdə çalışan sahələrdə saat hesabı iş rejiminə keçmək daha asandır, amma sərfəli olub-olmayacağı saat hesabının miqdarından asılıdır. Onun sözlərinə görə, bu il təqaüdlərlə bağlı qərar verildi, orta aylıq əməkhaqqı ilə bağlı qərar verilmədi:

"Ola bilər ki, minimum əməkhaqqı gələn ilin yanvarında artırılsın. Amma 10 faizdən çox bir artımın olacağını düşünmürəm. Yeni büdcə ilində, yəni 2025-ci ildə artımın olacağı daha realdır. Biz illərdir çağırış edirik ki, qanunda dəyişiklik edilsin. Bizdə minimum əməkhaqqı VÖEN-lə çalışanların sosial müdafiə fonduna ödənişlərinə bağlıdır. Minimum əməkhaqqı qalxan kimi heç bir qanunda dəyişiklik edilmədən avtomatik olaraq Sosial Müdafiə Fondunda VÖEN-lə çalışanların ödənişi də artır. Bu isə vətəndaşlarda ciddi narazılıq yaradır".

Natiq Cəfərli əlavə edib ki, qanunvericilikdə minimum əməkhaqqının Sosial Müdafiə Fonduna ödənişlərə hesablama qaydası da parlamentin tərkibi müəyyənləşdikdən sonra qanunda bu aradan qaldırılsa çox yaxşı olar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3625   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr