Çoxuşaqlı ailələrə dövlət hansı yardımları göstərir ? - AÇIQLAMA

Çoxuşaqlı ailələrə dövlət hansı yardımları göstərir ? - AÇIQLAMAAlmaniya Avropada ən çox uşaq pulu ödəyən ölkələrdən biridir. İlk iki uşağa aylıq 219 avro, üçüncü uşağa 225 avro, dördüncü və sonrakı uşağa 250 avro aylıq müavinət verilir. Bəzi şərtlərə əməl edilsə valideynlərə vergidən azad uşaq müavinəti də verilə bilər. 2021-ci ildən etibarən bu müavinət evli cütlük üçün hər uşağa görə birdəfəlik 5,460 avro və ya uşağını tək böyüdən valideyn üçün birdəfəlik 4,095 avro müəyyən edilib. Rusiyada hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə bəzi bölgələrdə yaşayış evi, bəzi bölgələrdə isə torpaq sahəsi verilir.

Bəs görəsən Azərbaycanda çoxuşaqlı ailələrə nə kimi yardımlar göstərilir ?

Mövzu ilə bağlı Sonxeber.az -a danışan sosioloq Lalə Mehralı Azərbaycanda çoxuşaqlı ailələrə kifayət qədər yardım göstərilmədiyini bildirib:

"Ölkəmizin mövcud qanunvericiliyinə görə çoxuşaqlı ailə 5-dən artıq uşağı olan ailələr hesab edilir. Yəni əgər 6 uşağı varsa ailə müavinət ala bilər. Dövlət bu halda 18 yaşına çatmamış hər uşağa görə 105 manat sosial müavinət ödəyir. Bu çoxuşaqlı ailələrə göstərilən yeganə dəstəkdir. Başqa imtiyazları yoxdur. Uşaqpulu, sosial müavinət, çoxuşaqlı ailələrə imtiyaz bütün ölkələrdə var, bizim ölkəmizdə də olub. Yenidən bərpa edilməlidir. Xüsusilə çoxuşaqlı ailələrə dəstək göstərilməlidir, ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq etməlidir dövlət. Əks halda yaxın gələcəkdə nə orduya cəlb ediləcək oğlanlar olmayacaq, nə də o oğlanları dünyaya gətirəcək qızlar. Biz fantastik rəqəmlərdən danışmırıq, simvolik məbləğ də ola bilər, amma bütün uşaqlar dövlətdən dəstək almalıdır"

Sosioloq bildirib ki, çoxuşaqlılıq dövlətin təməl strategiyası olmalıdır:

Ölkə əhasinin sayı 10 milyondur, ailələrin sayı ilə bağlı son məlumat yoxdur, təxmini hesablamalarla deyək ki 3 milyon ailə var. 3 milyon ailədən neçəsi çoxuşaqlıdır? Cəmi 16 min ailə. Yəni ölkəmizdə cəmi 16 min ailədə 6 və ya daha çox uşaq böyüdürlər. Sizcə bu rəqəm çoxdur? Məncə yox. Əgər bir dövlətdə yaşayırıqsa, vergisini ödəyiriksə, qanunlarına riayət ediriksə o dövlətdən tələb etmə haqqımız da yaranır təbii olaraq. Azərbaycan əhalisinə görə dünyadakı ölkələr arasında təxminən 90-95-ci yerdədir. Ərazimizə görə isə təxminən 110-112-ci yerdəyik. Dünyada isə təxminən 240-dan çox ölkə var. Bu statistika onu göstərir ki, bizim əhali sayımız elə də çox deyil. Çoxuşaqlılıq bir dövlətin təməl strategiyası olmalıdır. Dövləti var edən onun möhkəm xalqıdır, bu xalqı isə bizim dünyaya gətiridiyimiz uşaqlar yaradır. Düşünün, Qarabağ müharibəsi kimin hesabına qazanıldı? Kim döyüşdü o cəbhədə? Əgər dövlət öz vətəndaşına böyümə, təhsil alma, sağlamlığının qeydinə qalma prosesində dəstək olmayacaqsa o zaman 18 yaşı bitəndə oğlanları niyə vətəni qorumağa cəlb edir? Demoqrafik vəziyyətin tənzimlənməsi üçün çoxuşaqlılıq təşviq edilməlidir. Uşağı ailə dünyaya gətirir, bəli, amma o uşağın böyüməsində, sağlamlığında, təhsilində ortaya çıxacaq bütün problemlər birbaşa dövləti əlaqələndirir"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1155   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr