Minimum əməkhaqqı bu qədər ola bilər - AÇIQLAMA
İlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib. Vətəndaşlar artımların ilin sonunda baş verəcəyinə ümid edirlər.
Sonxeber.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun fikrincə, cari ilin sonuna yaxın maaş və pensiyaların artımı ilə bağlı müvafiq qərarların verilməsi gözlənilir:
Ətraflı
"Məlumdur ki, əməkhaqqı fondunun artımına, bu fonddakı dəyişikliklərə stimul verən əsas istiqamətlərdən biri də minimum əməkhaqqının artması ilə bağlıdır. Həmin seqment üzrə qərarlar isə prezidentin sərəncamı əsasında qəbul olunur. Minimum əməkhaqqının artımı, şübhəsiz ki, bütövlükdə ölkə üzrə əməkhaqlarına təsirlərini göstərir".
İqtisadçının fikrincə, ilin sonunda minimum əməkhaqqı 400 manat ola bilər:
"Pensiya artımı ilə bağlı prosedur isə ondan ibarətdir ki, il ərzində rəsmi statistik məlumatlara görə, inflyasiyanın göstəricilərinə uyğun hər il pensiyalarda indeksləşmə həyata keçilir. Ona görə düşünürəm ki, pensiya artımını gələn ilin əvvəlində görmək mümkün olacaq. O artımlar isə bu ilin inflyasiya göstəricilərinə uyğun həyata keçiriləcək".
Elşad Məmmədov deyib ki, ölkədə son illər sosial artımlar edilir:
"Sosial müdafiə sistemindəki şəffaflığın, effektiv idarəetmənin tətbiqi nəticəsində bu istiqamətlər üzrə mütərəqqi yanaşmalar qeydə alınır. Bunlara əsaslanaraq, ilin sonunda müvafiq artımları gözləmək olar. Sözsüz ki, bu həm əhalinin sosial rifahının möhkəmlənməsinə, həm də iqtisadiyyatın müvafiq təkan almasına xidmət edir. Çünki sosial sahədəki artımlar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, inkişaf etdirilməsinə xidmət edir ki, bu da öz növbəsində iqtisadiyyata təkan verir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR