Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Formula-1 üzrə Azərbaycan Qran Pri yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.
Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir.
Dəyişikliyə əsasən:
1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər" metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli" metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül" metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai" metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6, 10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: "İçərişəhər" metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65 nömrəli avtobus marşrutu (istiqamət: "İçərişəhər" metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
88 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, "28 Mall" ticarət mərkəzi) əhatə edəcək.
149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.
E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR