Aliment ödəməyən valideyn 3 ilə qədər HƏBS EDİLƏ BİLƏR - AÇIQLAMA

Aliment ödəməyən valideyn 3 ilə qədər HƏBS EDİLƏ BİLƏR - AÇIQLAMATərəflər boşandıqdan sonra yaranan problemlərdən biri də alimentin ödənilməsi ilə bağlıdır. Alimentin ödənilməməsi uzunmüddətli məhkəmə çəkişmələrinə və həbslərə gətirib çıxarır. Bu gün ölkədə alimenti ödəməkdən boyun qaçırma halları tez-tez yaşanır. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur.

Bəs qanunvericiliklə alimenti ödəməyən valideyni hansı cəza gözləyir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, sovet düşüncəsindən çıxdığımız üçün Azərbaycanda boşanma hər ailə üçün problem hesab olunur. Boşanmadan sonra insanların bədbəxt olacağı ilə bağlı fikirlər səsləndirilir. Əgər insanlar bir-birilə yaşa bilmirsə, birinin digərinə xəsarət yetirmə və fiziki-psixi zorakılıq halları varsa burada boşanma qaçınılmazdır. İnsanlar ailəsini dağıtmaq üçün xüsusi planla yaşamır. Faiz nisbətilə bu daha azdır:

"Azərbaycanda alimentin verilməsi ilə bağlı ciddi problemlər var. Bu insanlara həm sosial, həm də mental durumu ilə bağlıdır. Azərbaycanda statistika etibarilə kişilər daha çox aliment verirlər. Qanunvericiliklə uşağın kimdə olmağından asılı olmayaraq valideyn alimenti ödəməlidir. Yəni ancaq kişi aliment ödəməlidir deyə bir anlayış yoxdur. Məhkəmələrimiz daha çox uşağın anada qalmasına imkan verirlər. Kişilərin aliment verməsində düşüncə dəyişməlidir. Kişilər başa düşməlidir ki, aliment qadına yox, övladının saxlanma xərclərinə verilir. Bu günləri bir uşağa verilən sabit alimentin məbləği 235 manatdır. 235 manatla bir uşağı normal şəkildə saxlamaq mümkün deyil. Amma 235 manatı qazanan kişilərin sayı da çox deyil. İnsanların sosial vəziyyəti və mental düşüncəsi alimentin verilməsi ilə bağlı problemlər yarada bilər".

Şamil Paşayevin sözlərinə görə, alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır:

"Valideyn məhkəmənin qərarı ilə inzibati yaxud cinayət məsuliyyətinə cəlb edilsə belə, həyatının hər anında aliment verməyə borcludur. Özü ödəməsə belə əmlakına yönəlmə həyata keçirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528 ci maddəsinə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr