Ali təhsillilər əsgərliyə getməyəcək? – Polkovnikdən mühüm açıqlama

Ali təhsillilər əsgərliyə getməyəcək? – Polkovnikdən mühüm açıqlamaSon zamanlar hərbi xidmət müddətinin təhsil pilləsindən asılı olaraq dəyişdirilməsi məsələsi aktualdır. Daha dəqiq desək, bakalavr pilləsini bitirmiş çağırışçıların 1 illik hərbi xidmət keçdiyi halda, magistr pilləsi bitirənlərin 6 ay xidmətə cəlb olunması təklif edilir.

Təbii ki, bu hələki cəmiyyətdə müzakirə edilməkdədir, ancaq ötən parlamentdə də hərbi xidmətlə bağlı qanunvericiliyin dəyişdirilməsi istiqamətində təkliflər verilmişdi. Lakin insanların bu mövzuda mövqeyi birmənalı deyil. Bəzi hərbçilər düşünür ki, peşəkar ordu modeli üçün ən başlıca resurs onsuz da 18 ay xidmət edən çağırışçılardır. Yəni onların icbari xidmət müddətindən sonra müqavilə əsasında müddətdən artıq xidmət etməyə daha çox istəyi olur.

Bəs görəsən, çağırışçıların hərbi xidmət müddəti ilə əlaqədar kateqorik dəyişikliyə ehtiyac varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətlə bağlı qanunvericilikdə ciddi problemlər var:

"Ümumiyyətlə son vaxtlar bəziləri gündəmə gəlmək üçün belə fikirlər səsləndirir. Nədənsə, bu yoldaşlar hələ də başa düşmürlər ki, hərbi sahədə görüləsi bir çox işlər var, həmin işlər görülsə bu cür mövzuların müzakirəsinə heç ehtiyac da qalmaz. Əgər insan həyatda özünə elm, təhsil yolunu seçibsə, ona mütləq şərait yaradılmalıdır. Qanunlar çərçivəsində həmin şəxs hərbi xidmət də keçə bilər, amma daha çox elmlə, təhsillə öz xalqına, dövlətinə xeyir verər. İndi özünü ekspert adlandıranlar başlayıblar boş-boş danışmağa. Bunlar sadəcə qeyri-ciddi müzakirələrdi. Hərbi sahədə o qədər qanunvericilik təkmilləşdirilməlidir ki, bunlar edilsə, bu kimi müzakirələrə də ehtiyac qalmaz. Bu gün gənclərimiz var ki, yüksək bal toplayıb və gələcəyin alimi, peşəkar mütəxəssisi olmaq istəyir. Bizim qanunvericilik onlara bu imkanı yaratmır".

Polkovnikin fikrincə, hərbi xidmətlə bağlı Türkiyə modelinin tətbiqi çox yaxşı olardı:

"Bunun üçün Elm və Təhsil Nazirliyi, hərbi kommisarlıqlar, yerli bələdiyyələr, icra strukturları qarşılıqlı işləməlidir. Hərbi hissələrdə ali təhsilli, savadlı hərbi qulluqçular üçün kitabxanalar olmalı, dərs vəsaitlərini əldə etmək üçün şərait yaradılmalıdır. Hansısa ali təhsilli bir gənci 6 ay və ya elə 1 il hərbi xidmətə cəlb edən zaman, o, istər-istəməz öyrəndiyi informasiyalardan, əldə etdiyi peşə vərdişlərindən uzaq qalır. Bu müddət elmlə məşğul olan adam üçün cəzadır. Düşünürəm ki, bu istiqamətdə Türkiyə nümunəsini əsas götürüb, köklü dəyişiklik aparılmalıdır. Bizim parlamentdə "Təhsil haqqında" qanunu 8 il müzakirə etdilər. Halbuki təhsil bir millətin gələcəyidir. Əgər vacib bir qanunu bu qədər müzakirə etdilərsə, deməli, xalqın gələcəyini düşünmürlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1617   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr