Almaniya Çexiya və Polşada yağış səbəbindən daşqın təhlükəsi barədə xəbərdarlıq edib
Avropada davamlı yağıntılar Almaniyanın bir sıra federal ərazilərində daşqınlar riskini artırır.
"Report"un məlumatına görə, bu barədə "Bild am Sonntag" qəzeti Brandenburqun Ətraf Mühit Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.
"Əgər proqnozlaşdırılan yağışlar davam etsə, daşqın dalğasının bazar günü-bazar ertəsi Lusatiyadakı Neyse çayında, gələn həftənin ortalarından isə Oder və Elbada başlayacağı ehtimal olunur", - məlumatda deyilir.
NTV telekanalının məlumatına görə, Drezdendə (Saksoniya federal əyaləti), Elbada suyun səviyyəsinin gələn həftənin ortalarına qədər yüksəlməsinin davam edəcəyi gözlənilir. Yerli orqanlar bununla əlaqədar birinci dərəcəli təhlükə elan edib.
Qeyd olunur ki, xilasedicilər qismən dağılmış Karolabrükke körpüsünün yaxınlığındakı ərazinin təmizlənməsi işlərini dayandırıblar.
Yerli KİV-in məlumatına görə, Almaniyanın cənubundakı Bavariya federal əyaləti artıq daşqınlardan qismən zərər çəkib və Bavariyada Alp dağlarının yüksək hündürlüyündə uçqun təhlükəsi yaranıb.
Güclü yağışlar Avstriya, Polşa, Çexiya və Rumıniyada daşqınlara səbəb olub. ORF portalının məlumatına görə, güclü yağışlar nəticəsində Vyana çayının daşması ilə əlaqədar Avstriya paytaxtında təxliyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1097 Tarix: 15 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrMəktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
26 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabr