"Manatlıq" taksilərsiz mənzil başına necə çataq?

"Manatlıq" taksilərsiz mənzil başına necə çataq?Bakıdan üzü Sumqayıt istiqamətində fəaliyyət göstərən "manatlıq" taksilər artıq yoxdur. Rəsmi qurum sərnişinlərə müntəzəm marşrutlardan istifadəni məsləhət görsə də, bir çoxları bu sahədə vəziyyətin onları qane etmədiyini söyləyirlər.

Bakının Tbilisi prospektində, üzü metronun "20 Yanvar" stansiyası istiqamətində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb. Buna səbəb isə həmin ərazidə avtobus zolağının salınmasıdır. Bununla da, nəqliyyatın hərəkətinə mane olan avtomobillər ərazidən kənarlaşdırılıb. Nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə atılan bu addım həm taksi sürücüləri, həm də sərnişinlər arasında ciddi narazılığa səbəb olub. Hətta "manatlıq" taksi olmayanda insanların Bakıdan Sumqayıta gedərkən mənzil başına çata bilmədiklərini iddia edənlər də var.

"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.

"Taksi bizə bu fürsəti vermir"

Məsələn, Saray ərazisində yaşayan sərnişin deyir ki, avtovağzaldakı avtobuslar ancaq Sumqayıt avtovağzalına aparır, Sarayda qalanlar, yarı yolda düşmək istəyənlər əziyyət çəkirlər:

"Yəni ünvana çatmaq üçün bir neçə avtobus dəyişməliyik, o da əgər minmək imkanımız olarsa. Həm pulumuz gedir, həm də vaxtımız. Avtobus zolağı çəkilərkən taksilər üçün də dayanacaq düşünülməli idi".

Narazılıqla yanaşı, yeni avtobus zolağının çəkilməsinə sevinənlər də az deyil:

"Metronun 20 Yanvar" stansiyası ərazisindəki vəziyyət çox xaotik idi. Düşünürəm ki, avtovağzaldan avtobusa minib gəlmək daha sərfəlidir. Çünki avtobus zolağı çəkildiyi üçün tıxaca düşmürük və ünvana daha tez çatırıq. Taksi bizə bu fürsəti vermir".

Maraqlıdır, "manatlıq" taksilərin fəaliyyətinin dayandırılmasından sonra məlum istiqamətdə sərnişindaşıma üçün hansı alternativ variantlar nəzərdə tutulub?

Qeyri-müntəzəm avtobuslar ciddi tıxaclara səbəb olurdu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qəzetimizə verilən məlumata görə, metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan, əsasən, Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olur və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı:

"Tbilisi prospektinin metronun "20 Yanvar" stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb".

"119", "135", "525"...

Qurumdan bildirilib ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir:

"Belə ki, bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli avtobuslar hərəkət edir".

Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər:

"Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspress avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu "Neoplan"larla yola düşə bilərlər".

Bu avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər

AYNA-dan bildirilib ki, ekspress avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir:

"Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı metronun "Avtovağzal" stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər".

Sakinlər "20 Yanvar" dairəsindən avtovağzala getmək üçün də əlavə avtobusdan istifadə etməli olduqlarını, üstəlik, istifadə etsələr belə, günün pik saatlarında avtobusa minməyin mümkünsüz olduğunu deyirlər. Problemdən çıxış yoluna gəldikdə isə, nəqliyyat eksperti Eldəniz Cəfər deyir ki, sözügedən dairə yaxınlığında yaranan sıxlığın səbəblərindən biri sərnişindaşıma ilə məşğul olan məsuliyyətsiz sürücülər idi:

"İctimai nəqliyyatın avtobus seqmenti orada dəqiqələrlə gözləməli olur, tıxaca düşürdü. Bunun əsas səbəblərindən biri də orada qeyri-leqal sərnişindaşıma ilə məşğul olan bəzi məsuliyyətsiz sürücülərdir. Avtomobili yolun ikinci, üçüncü zolağında saxlayır, yolu kəsir, digər yol hərəkəti iştirakçılarının hərəkətinə mane olurdular".

Bəsit və sadə qayda

Mütəxəssis deyir ki, "manatlıq" taksi sürücüləri fəaliyyətlərini leqallaşdırmalıdırlar:

"Həmin şəxslər yaxşı olardı ki, sərnişinləri parklanma yerlərindən götürüb və parklanma yerlərində də endirsinlər. O zaman sözügedən ərazidə hər gün rastlaşdığımız xaos olmayacaq. Bu, çox bəsit və sadə qaydadır".

Məlumdur ki, hazırda Bakı şəhərində taksi dayanacaqlarının sayı o qədər də çox deyil. Həmsöhbətimiz deyir ki, bunun da müxtəlif obyektiv və subyektiv səbəbləri var:

"Vaxtilə şəhər tikintisi zamanı nizamsız tikintilər olub, piyada səkiləri, avtomobil yolları, parklanma yerləri müxtəlif insanlar tərəfindən zəbt edilib. Orada yaşayış və qeyri-yaşayış obyektləri tikilib. Ona görə də, demək olar ki, həmin ərazidə taksi dayanacağı parkı yaratmaq mümkün deyil".

Bəzi insanlar problemin kökünü yeni avtobus zolaqlarının çəkilməsində görür. E.Cəfər vurğulayır ki, avtobus zolağı mütləq olmalıdır:

"Bu, yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında təsbit olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 948   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr