Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal - Qızı açıqladı - FOTO

Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal - Qızı açıqladı - FOTO2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib.

Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sonxeber.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal - Qızı açıqladı - FOTOİstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona "get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm" söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.

Hadisə baş verən salon

Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal - Qızı açıqladı - FOTOMəhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:

"Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə "səhv yoldasan, bunu etmə" deyəndə, qadın "get işinlə məşğul ol" söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim".

Zamiq Tanrıverdiyev
Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal - Qızı açıqladı - FOTOZamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.

Şahid Qənirə Süleymanzadə ifadəsində göstərib ki, oktyabrın 26-da axşam dırnaq ustasının yanına gedib:

"Salona daxil olan Zamiq Tanrıverdiyev Pərvanəyə sözü olduğunu dedi. Buna görə, qadın əlcəklərini çıxartdı və ayağa qalxaraq ona tərəf addımladı. 2-3 saniyədən sonra qadın "kömək edin" deyə qışqırdı. Həmin şəxsin isə əvvəl ayaq üstə və sonra yerdə ona zərbələr vurduğunu gördüm. Sonra içəri bir kişi girərək, deyəsən bıçağı əlindən almaq istədi, amma Pərvanəni vuran şəxs onu kənara itələdi və qaçdı. Hadisə təxminən 2 dəqiqə ərzində baş verdi. Pərvanə xanımla 5 il əvvəl tanış olmuşam. Pərvanə söhbət əsnasında mənə yalnız boşandığını demişdi, keçmiş yoldaşının onu izləməsi haqda heç nə danışmamışdı".

Şahid Ruxsarə Mərdanova ifadəsində göstərib ki, Zamiq Tanrıverdiyev çağırandan sonra, Pərvanə onunla balaca otağa keçib:

"Aralarında heç bir söhbət olmadı. Dəqiqə keçməmiş Pərvanə qışqırmağa başladı, həmin şəxs yıxılandan sonra da iş yoldaşıma vəhşicəsinə zərbələr endirdi. Pərvanənin həyat tərzi ilə bağlı məlumatım yox idi. Boşandığını və keçmiş ərinin qayınatasını bıçaqladığını bilirdim. Zamiq Tanrıverdiyevi əvvəllər salonda heç vaxt görməmişəm".

Şahid Fidan Tanırverdiyeva deyib ki, anası 3 ildir boşanıb, onun heç bir günahı olmayıb, əxlaqsız həyat tərzi ilə bağlı söylənənlərin hamısı yalandır:

"Anam hər gün axşam saat 8-9-a kimi işdə olurdu. Atam bizi ancaq çox iyrənc söyüşlərlə təhqir edirdi. Bununla bağlı sübutlarım da var. Bu planlaşdırılmış bir iş olub, bizə ancaq deyib ki, "ananızı da, sizi də öldürəcəyəm". Bu hadisədən əvvəl atam babamı bıçaqlamışdı. Ayın 26-da axşam bacım mənə zəng edib dedi ki, "deyəsən anamıza nəsə olub, get iş yerinə bax". Salona daxil olanda, ölüm hadisəsi baş verdiyini bildim".

Məhkəmə hesab edib ki, Zamiq Tanırverdiyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zamiq Tanrıverdiyev 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 678   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fəzail Ağamalının dəfn yeri məlum oldu - Yenilənib

Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib. O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək. Dəfndən sonra Heydər məscidind

10 fevral
.

Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb

Bakıda növbəti böyük söküntü prosesi başlayır. -in məlumatına görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək. Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib. Söküntünün səbəb

10 fevral
.

Sabah hava necə olacaq?

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir

10 fevral
.

Dəm qazından boğulan İzzət FHN-də çalışırmış

Dünən dəm qazından zəhərlənərək vəfat edən İzzət Cəfərov Fövqəladə Hallar Nazirliyinin Siyəzəndəki şöbəsində çalışırmış. "Qafqazinfo" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o, FHN-in Dövlət Yanğından Müharfizə Xidmətinin Siyəzən Yanğından Mühafizə Hissəsind

10 fevral
.

Bakıda atanın qızını cinsi zorakılıqla hədələdiyi iddia olunur - Polis araşdırmaya başladı

Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. xəbər verir ki, sözügedən iddia ilə bağlı ana "Qadın Dəstək Xətti"nə zəng edərək müraciət edib. Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı v

10 fevral
.

"Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilməlidir" - Deputatdan TƏKLİF

Son illər müzakirə edilən məsələlərdən biri də vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməsidir. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılıb. Azərbaycanda vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə ödənilə bilərmi?

10 fevral
.

Tanınmış rəssam keçmiş ərindən şikayətçidir: İş adamı övladını əlindən alır

"Face Studio" gözəllik salonlarının sahibi kimi tanınan iş adamı Rüfət Bədirovun keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənovanın övladı əlindən alınır. Bu barədə Qaynarinfo-ya Fidan Həsənovanın özü bildirib. Onun sözlərinə görə, Rüfət Bədirovla boşandıqdan sonra keçmiş əri övladını

10 fevral
.

39 yaşlı vəkil qəfil öldü

Vəkillər Kollegiyasının üzvü Orxan Həsənov vəfat edib. E- -a istinadən xəbər verir ki, 39 yaşlı vəkil bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib. Onun vəkillik fəaliyyətinə 2025-ci ildə başladığı bildirilir

9 fevral
.

Xəstəxanada siçan görüldü, rəhbərliyin aldığı qərar şok etdi - VİDEO

Türkiyənin Muğla Təhsil və Araşdırma Xəstəxanasında 15 gündür müalicə alan bir pasiyent xəstəxanada siçan gördüyünü iddia edib. türk mediasına istinadən xəbər verir ki, pasiyent məsələ ilə bağlı məsul şəxslərə məlumat versə də, heç bir tədbir görülmədiyini bildirib. Daha əvvəl taxtabiti iddiaları il

9 fevral