Niyə internetdə Azərbaycan dilində məlumat qıtlığı var? - AÇIQLAMA

Niyə internetdə Azərbaycan dilində məlumat qıtlığı var? - AÇIQLAMAAzərbaycanda internetdə Azərbaycan dilində məlumat qıtlığı var. Yəni, ağlımıza gələn bir sualın cavabını tapmaq üçün xarici dillərdən istifadə etməli oluruq. Çünki Azərbaycan dilində informasiya azdır. Bəs görəsən bunun səbəbi nədir ?

Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən ictimai və mədəniyyət xadimi Aydınxan Əbilov bildirib ki, buna səbəb ölkədə informasiya istehsal edə biləcək insanların az olmasıdır:

"Biz informasiya istehsal edə bilmirik. Bunu edən insan çox azdır. 10 il əvvəl ABŞ, Avstraliya, Kanada kimi ölkələr internetin intellektual resurslarını inkişaf etdirmək üçün 10 milyard vəsait ayırmışdılar. Azərbaycanda da Nəqliyyat və Yüksəsk Texnologiylar Nazirliyinin nəzdində internet fondu var. O fonda dövlət pul ayırdı və həmin pulları fondun işçiləri öz tanışları, dostları üçün qrand layihələrə xərclədilər. Həmin qrand layihələr yalnız konversiya xarakterli kiçik tətbiqlərin hazırlanması və çox mənasız milli sosial şəbəbkələrin yaradılması ilə bağlı idi. Onların da heç bir məntiqi nəticəsi olmadı. Mənasız yerə ayrılan pullar getdi. Dünyanın heç bir yerində milli sosial şəbəbkələr yoxdur. Bu çox absurd birşeydir. Heç kəsə maraqlı olmayan bir layihədir. Digər tərəfdən bunun obyektiv səbbələri də var. Niyə Elm və Təhsil Nazirliyi bununla əlaqədar işlər görmür ? Niyə hər il milyonlarla pul ayrılan Milli Kitabxana bununla bağlı bir addım atmır ? Niyə Milli Elmlər Akademiyası bununla bağlı bir tədbir həyata keçirmir ? Bu yaxınlarda şəhidlərlə bağlı məlumatların silinməsi zamanı biz anladıq ki, Milli Elmlər Akademiyasında oturanlar nəsə xoşlarına gəlməyəndə istədiklərini pozurlar. Buna səbəb dövlət nəzarətinin olmamasıdır. Bu problemlə bağlı layihələr elan edilmir".

Problemin həlli üçün hansı addımlar atılmalıdır ?

"Düşünürəm ki, Prezidentin yanında internetin inkişafı ilə bağlı şura yaradılmalıdır. O şuranı nazirlər və ya maraqlı tərəflər yox, sırf intelllektual, çıxarsız ziyalılar idarə etməlidir. Həmin şura Azərbaycandilli interneti inkişaf etdirməlidir. Təkcə yazılı deyil, ana dilində vizual və audiovizual materiallların yaradılmasına da ehtiyac var. Həmçinin bunun üçün müəllimlər, elm adamları, ziyalılar da addım atmalıdır. Mən Xəzər Universitetində dərs keçəndə vikipediyaya araşdırma xarakterli məqalələr yerləşdirən tələbələrə daha yüksək ballar yazırdım. Bu da onları Ana dilində araşdırmalar edib paylaşmağa həvəsləndirirdi".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 895   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr