Nizami rayon sakinlərinin etirazı - Mənzillərimizdən məcburi çıxarılırıq - Video

Nizami rayon sakinlərinin etirazı - Mənzillərimizdən məcburi çıxarılırıq - VideoBakının Nizami rayonunun Kamil Balakişiyev küçəsində binalarda söküntü işləri aparan şirkətlə sakinlər arasında narazılıq yaranıb.

Vətəndaşlar bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. Onların sözlərinə görə, MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakin Cəfər Ağadadaş: "Mən bu məhəllədə böyümüşəm. İndi isə buradakı evimizdə anam yaşayır. Ötən ilin oktyabr ayından burada söküntü işləri aparılır. Şirkətlə razılığa gələn sakinlər çıxıb gediblər. Bizim kimi razılığa gələ bilməyənlər isə hələ də sökülmüş binada qalır. Bizə deyirlər ki, şərtlərimizi qəbul etməlisiniz. Mənim anamın evi 3 otaqlıdır. Onlar isə deyir ki, sizə iki otaqlı ev verəcəyik. Ona görə də razılığa gələ bilmirik".

Bina sakini deyir ki, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək onları öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:

"Binanın qəzalı olmasına dair hər hansısa bir sənəd yoxdur. Vizual ekspertiza keçiriblər. Bildiriblər ki, ev qəzalı deyil", -Cəfər Ağadadaşov deyir.

Şikayətçi sakin 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildirib. Onun sözlərinə görə, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub.

"Hər hansısa strategiya yoxdur. Hər kəslə individual bir razılığa gəlirlər. Məsələn, mənimlə evin kvadrat metrində razılığa gələ bilmirlər. Burada bir çox adam bu problemlə üzləşiblər. İnsanlardan güzəşt tələb edirlər, amma özləri heç bir güzəşt etmirlər. Evlərimizin sənədləri də qaydasındadır, heç bir problem yoxdur.

İcra hakimiyyəti isə neytral mövqe tutur. Qəzalı vəziyyətdə olmayan evləri necə sökə bilərsiniz. Mənim anam burada ikinci mərtəbədə yaşayır. Üçüncü mərtəbədə isə söküntü aparılır. O, gecələr qorxur. Bütün həyət dağıdılıb. Binanı qəsdən qəzalı vəziyyətə salırlar ki, desinlər ki, söküntü üçün əsasları var".

"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin köçürmə meneceri Elxan Qurbanov isə deyir ki, hazırda binada heç bir söküntü işləri aparılmır. İndi köçürmə işləri ilə məşğuldurlar. Onun sözlərinə görə, binadan köçmək istəməyən sakinlər fantastik məbləğdə pul istəyirlər:

"İlkin mərhələdə 4 binadır, onlardan 4 sakin qalıb. Sakinlər bizə çox fantastik qiymət deyirlər. Biz əgər əlavə sahə veririksə, daha artığını istəyirlər. Elə sakin var ki, 50 kvadrat metrlik evə 200 milyona yaxın pul istəyir. Cəfərin evi 50 kvadrat metrdir, lakin bizdən 84 kvadratlıq tam təmirli ev istəyir. Burada heç bir sakinə pul ödənilmir. Öz köhnə mənzillərinin əvəzinə onlara yeni mənzillər təklif olunub. Biz onların köçürülmə işlərini öz öhdəmizə götürmüşük. Hazırda onlara kirayə pulu vermişik. Təmirdən sonra evlərinə qayıdacaqlar. Ümumilikdə söküntü işləri 6, 2 hektar ərazini əhatə edir. 24-36 ay ərzində təmirin bitməsi planlaşdırılır".

Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını deyir. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.

Görünən isə odur ki, sakinlərin artıq hər hansısa araşdırmaya ümidi qalmayıb. Onlar çıxmayacam deyib, illərlə yaşadıqları evlərinə sığınıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3539   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr