Boşanma prosesində olduğu həyat yoldaşını boğaraq öldürdü
Manisanın Yunusemre rayonunda Gökhan Eller və Selda Eller bir müddət əvvəl ailə problemləri səbəbiylə razılaşaraq boşanmaq qərarına gəliblər.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Selda Eller məhkəmədən tarixi gözləyərkən əri Gökhan Ellərə zəng vuraraq evə gəlib əşyalarını götürməsini deyib. Gökhan Eller evə gedəndə həyat yoldaşı ilə aralarında mübahisə yaranıb.
Getdikcə mübahisə davaya çevrilib. Bu zaman Gökhan Eller həyat yoldaşı Selda Elleri əlləri ilə boğaraq öldürüb. Gökhan Eller daha sonra polis bölməsinə gedərək həyat yoldaşını öldürdüyünü etiraf edib və təslim olub.
Məlumat üzərinə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Təcili tibbi yardım əməkdaşları tərəfindən edilən müayinədən sonra Selda Ellerin öldüyü müəyyən edilib. Prokurorluğun araşdırmasının ardından Selda Ellerin meyiti tibbi ekspertizaya göndərilib. Gökhan Eller polisə verdiyi ifadəsində Selda Ellerin onu ağır şəkildə təhqir etdiyi üçün əsəbiləşdiyini və yaranan davada həyat yoldaşını boğduğunu bildirib.
Gökhan Eller polisdəki ifadəsəindən sonra məhkəməyə göndərilib.
Qeyd edək ki, 20 ildir evli olan cütlüyün 2 övladı var.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1377 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrQadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrBakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis
23 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabr