Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
Azərbaycandan Türkiyənin zəlzələ baş verən bölgəsindəki sakinlərə göndərilən bəzi yardımlar oğurlanıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə 2023-cü ildə zəlzələnin böyük dağıntılara səbəb olduğu Kahramanmaraş şəhərinin Türkoğlu qəsəbəsində yerləşən Azərbaycan-Türkiyə müvəqqəti yerləşmə məntəqəsində baş verib.
Məntəqədə yardımların oğurlanması barədə məlumat daxil olandan sonra polislər əməliyyata başlayıblar. Nəticədə məntəqənin cavabdehi olan 1-i müəllim olmaqla
4 personal, həmçinin başqa 4 nəfər saxlanılıb. Sonradan onların 4-ü şərti qaydada sərbəst buraxılıb, 4-ü isə həbs olunub.
Hadisə barədə qəsəbə bələdiyyə sədri də açıqlama verib. O bildirib ki, göndərilən ümumi malların oğurlanaraq, satılması barədə polisə məlumat verildikdən sonra keçirilən əməliyyatlar zamanı 2 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz ov tüfəngi və bu silahlara aid patronlar, təxmini dəyəri 1.5 milyon lirə olan konteyner, elektron əşyalar, qida və təmizlik ləvazimatları ələ keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1075 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ramazana görə 100 manat pul və ərzaq yardımı" - DİQQƏTLİ OLUN, ALDANMAYIN
"WhatsApp" platformasında Ramazan yardımı adı altında yayılan saxta mesajlar vətəndaşlar üçün təhlükə yaradır. Bu tipli mesajlardan biri də saytının "qaynar xətt" nömrəsinə daxil olub. Adıçəkilən mesajda guya hər ailəyə ərzaq məhsulları və pul yardımı veriləcəyi bildirilir, vətəndaşlarda
29 yanvar"TikTok"da hüquqşünas adı ilə yarım milyona yaxın dələduzluq etdi
"TikTok" platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaş
28 yanvarSabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var
28 yanvar"Azərbaycanda 2 milyondan uşağın cəmi 40 %-i bağçaya gedir" - Zahid Oruc
Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var. xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Komitənin sədr
28 yanvarNə üçün insanda iş stressi yaranır? - PSİXOLOQ
"Daim təzyiq altında çalışan insanın beyni gərgin və təhlükə rejimində qalır. Bu isə zamanla səbəbsiz yerə narahatlıq, daxili gərginlik, panik reaksiyalara, depressiya, emosional tükənmə, motivasiyanın olmaması, laqeydlik, yaddaş zəifləməsinə qədər gətirib çıxara bilər. Özünə inam azalır və insa
28 yanvar