"O qədər işləməsi məni çox incidirdi…" - Qənirə Paşayevanın anası
"Bir ana kimi arzulayıram ki, heç bir valideyn övlad dağı görməsin. Övladını itirmək çox çətindir".
Sonxeber.az xəbər verir ki, bu sözləri mərhum Qənirə Paşayevanın anası Tehran Nağıyeva Modern.az-a müsahibəsində deyib.
Tehran xanımın sözlərinə görə, Qənirə Paşayeva uşaqlıqdan qeyri-adi, qayğıkeş, hafizəli və zehnli olub. Digər uşaqların 10-11 yaşda qavradığını, o, 5-6 yaşdan başa düşüb. Nə iş görürdüsə, ən yaxşısını etməyə çalışıb: "Elə bir övladın olması bir ana üçün qürur mənbəyidir. Amma bir ana kimi o qədər işləməsi məni çox incidirdi. Xəstələndiyi ərəfədə mən çox narahat olurdum, amma o qədər ümidim var idi ki, sağalacaq, yaxşı olacaq. Qənirəsizlik dövrünü çox ağır keçirdim, indi yadıma düşəndə belə həyəcanlanıram, sözlər yadımdan çıxır. Məni yaşadan ona olan böyük sevgi oldu - dövlətin, xalqın sevgisi…
Onsuz da gec-tez hamımızın sonu ölümdür, amma mənim qızım şərəfli ömür yaşadı, bu da ən böyük təsəllimdir. O təsəlli olmasaydı, mən, bəlkə də, məhv olardım, çünki ağır idi onu itirmək, çox ağır idi…"
T. Nağıyeva hər zaman qızının çox işləməsindən, istirahət etməməsindən narahat olduğunu bildirib: "Əzizini itirmək çətindir, həyat yoldaşını da itirmək çox ağırdır, amma övlad itirmək dəhşətdir. Övlad itkisi başqadır. Məzarına lap tez-tez gedirəm. Hər dəfə gedəndə görürəm ki, qəbri çiçəklərlə örtülüb, bu da mənə çox təsəlli verir. Məzarı başında ağlayıram, onunla danışıram. Deyirəm ki, mən səndən çox razı qaldım, amma bir şeydən narazıyam ki, öz canına baxmadın, mən səni dincələn görmədim.
Qənirə hədsiz təvazökar idi, o qədər işlər görürdü, amma bizə danışmırdı. O dünyasını dəyişdikdən sonra bizə məlum oldu ki, sən demə Qənirə bildiyimizdən daha çox şey edib. Arzularım o idi ki, canı həmişə sağlam, uzunömürlü, hərtərəfli xoşbəxt olsun. Ana övladını həmişə xoşbəxt görmək istəyər".
Xatırladaq ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ötən ilin sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-i axşam saatlarında vəfat etmişdi.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1191 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabr