Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilib

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibSentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Sonxeber.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibTədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, bütün qazilərə şəfa diləyiblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev prokurorluğun veteranlarını, bütün prokurorluq əməkdaşlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Xanlar Vəliyev bildirib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü olub.

Hərbi prokuror Xanlar Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən müstəsna işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, dünyada analoqu olmayan uğurlu antiterror əməliyyatlarından, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırılmasından bəhs edib. Bildirilib ki, əldə olunan uğurlar müdrik rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dühası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, xalqımızın əzmkarlığı və mübarizliyi, sarsılmaz xalq-iqtidar birliyi sayəsində mümkün olub.

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibXanlar Vəliyev vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafına və qazanılan ardıcıl uğurlara xalqına və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, insanpərvərliyi, xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.

Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bunun işin səmərəliliyini şərtləndirdiyini qeyd edib.

Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbi prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.

Hərbi prokuror Xanlar Vəliyev tədbirə yekun vuraraq, Hərbi Prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən böyük işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, qanunçuluğun, dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, cinayətkarlığa eləcə də dövlətimizin qüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutaraq, üzərilərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini bildirib.
Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilibHərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1147   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr