"Bahadırın bankı"nda qanunsuz pul köçürmələri edirdilər" - Milyonçu qardaşlar hakim qarşısında

"Bahadırın bankı"nda qanunsuz pul köçürmələri edirdilər" - Milyonçu qardaşlar hakim qarşısındaDaxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi ən böyük əməliyyatlardan biri ilə həbs edilən dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bu iş üzrə altı nəfər müttəhim kürsüsündə əyləşib. Söhbət Bahadır və İkram Quliyev qardaşlarından, onların əmisi oğlu Fərhad Quliyev və onların işlərini görmüş Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədovdan gedir. Onların hamısı həbsdə mühakimə edilir.

Təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz yolla pul köçürməklə məşğul olublar. İstintaq materiallarındakı ifadələrdən də görünür ki, müştərilər oranı "Bahadırın bankı" kimi tanıyırlar. İşlərin ən başında dayanan da elə Bahadır Quliyevdir. O, uzun illər Rusiyada yaşayıb, bütün işləri oradan idarə edib. Azərbaycandakı işlərə isə İkram nəzarət edib.

Qardaşlar xarici ölkədən Azərbaycana, Azərbaycandan isə xaricə qanunsuz pul vəsaitləri köçürüblər. İstintaq müəyyən edib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidmət haqqı kimi onların özünə qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib. Təqsirləndirilən şəxslərdən Fərhad Quliyev özünü qismən təqsirli bilsə də, digərləri təqsirsiz olduqlarını deyiblər. Onların həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı vəsatətləri isə rədd edilib.

Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatla İkram Quliyevin evindən xeyli miqdarda qızıl, brilyant və digər zərgərlik məmulatları aşkar edilmişdi. İttihamda deyilir ki, dəyəri 1 milyon manata yaxın - 853 min 771 manat təşkil edən zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. İkram Quliyevin tapşırığı ilə Dubaydan aldıqları Avstriya, İsveçrə və Belçika istehsalı olan qiymətli əşyalar Azərbaycanın gömrük nəzarətindən kənar yolla keçirilərək ona çatdırılıb. Bu işdə isə vasitəçi Vəli Əliyev olub.

İkram Quliyev məhkəmədə bu epizoda toxunub, həmin zinət əşyalarının rəsmiləşmədiyindən xəbərsiz olduğunu deyib. İddia edib ki, gətirdiyi hər şeyi ölkəyə çatanda bəyan edib. O, bunu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmasını istəyib.

Vəsatət təmin edilməyib. Bahadır Quliyev isə məhkəmədə səhhətindən gileylənib, onun vəkili müvəkkilinin müayinəyə ehtiyacı olduğunu qeyd edib.

Məhkəmə bu vəsatəti qismən təmin edib. Amma müdafiə tərəfi qərarlardan narazı qalıb, hakimlərə etiraz edəcəkləri barədə ərizə təqdim olunacağını bildiriblər.

Əvvəl qeyd etdiyimiz kimi, təqsirləndirilən Fərhad Quliyev məhkəmədə özünü qismən təqsirli bilib. Amma istintaq dövründə F.Quliyev özünü tam təqsirli bilərək hər şeyi açıq danışıb. O, əmisi oğlanlarının uzun illər qanunsuz pul köçürməsi ilə məşğul olduqlarını, özünün də işlərə nəzarət etdiyini etiraf edib.

Əmioğlunun sözlərinə görə, Bahadır və İkram fəaliyyətlərini pərdələmək üçün Yasamaldakı sözügedən ofisdə "Qozan Travel" adlı turizm şirkəti yaradıblar. Oranın da ayrıca işçiləri olub. Fərhad başqa bir ifadəsində şirkətdə pul köçürülməsinin qanunsuz həyata keçirilməsindən xəbərsiz olduğunu deyib.

Sözügedən zinət əşyaları ilə birgə təqsirləndirilən şəxslərə aid yarım milyardlıq əmlaklar üzərinə həbs qoyulub. Buraya "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakı, Abşeron və digər bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar daxildir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 807   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr