Tanınmış aparıcının iki yaşlı qızının ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.
Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.
10:44
Tanınmış teleaparıcı Həmid Əsədzadənin iki yaşlı qız övladının ölüm səbəbi məlum olub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub.
Qeyd edək ki, Həmid Əsədzadə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəridir.
10:20
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
09:42
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3715 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA
Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd
29 martAzərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen
29 martAzərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib
"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da
29 mart"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda
28 martPrezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca
29 martEhtiram Hüseynovun qızının toyu oldu
Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub
30 mart